Çox təlaşlı və kədərliyəm – Çingiz Abdullayev yazır...

Çox təlaşlı və kədərliyəm – Çingiz Abdullayev yazır...
calendar 12 iyul 2021
clock 13:52

Kulis.az Xalq yazıçısı Çingiz Abdullayevin dahi fransız yazıçı Marsel Prustun 150 illik yubileyi ilə bağlı yazdığı qısa yazını təqdim edir.

Fransız yazıçı Marsel Prustun 150 illiyi tamam oldu. Bir çoxları onu Vladimir Pozner və digər jurnalistlərin də istifadə etdiyi “Prust anketi”nə görə tanıyır. Ancaq o, ötən əsrin ən böyük yazıçılarından biri idi. Fransada XX əsrin yekunları aparılanda, Kamyu və Prustun romanları fransız ədəbiyyatının ən möhtəşəm əsərləri kimi qəbul edilmişdi.

Etiraf edirik ki, Prust və Coys əsərləri çox çətin oxunan iki dahidir. Amma bu, onların istedadının miqyasına qətiyyən təsir etmir. Marsel Prus ədəbiyyatda “estetik inqilab” etdi. Bunu hər kəs dərk edə bilməz. Əgər başla kitabın “toqquşması” zamanı sadəcə boş səs əmələ gəlirsə, bunda həmişə kitab günahkar olmur. Gülməlidir, amma reallıqdır.

Biz bu dahi yazıçının böyüklüyü qarşısında baş əyirik.

Son vaxtlar çox təlaşlı və kədərliyəm.

Mənim ölkəmin gənc yazarları dünya ədəbiyyatının klassikləri ilə tanış olmaq istəmir. Söhbət təkcə Prust, ya da Sartrdan getmir. Bəs, digərləri? Molyer və Rabledən heç danışmıram. Ona hələ çox var. Hüqo, Balzak, Düma, Stendal, Mopassan, Merime, Dode, Flober, Zolya və nəhayət Jül Vern və Qustav Emar da populyarlığını itirir?

Simenon, Kamyu, Ekzüperi, Bekket, İonesko isə sadəcə familiyaları məktəb dərsliklərindən yadda qalan müəlliflərə çevrilir?

Tərcümələr pisdir?

Yoxsa, dünya ədəbiyyatının şedevrləri ilə tanış olmağa istək yoxdu?

Heç olmasa, Fransa misalında...

Rusiya, İngiltərə, ABŞ, Almaniya, İtaliya haqqında isə heç danışmıram. Çox sadalamaq olar. Belə də yaşayırıq. Ancaq dünya yenə də Marsel Prustun yubileyini qeyd edir.

# 1867 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news