Doğma adam, mərd adam! - Salam Sarvanın Ali Baş Komandana yazdığı şeir

Doğma adam, mərd adam!   - Salam Sarvanın Ali Baş Komandana yazdığı şeir
calendar 24 dekabr 2020
clock 10:01

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin doğum günüdür. Kulis.az bu münasibətlə tanınmış şair Salam Sarvanın Qarabağda gedən son döyüşlərdən təsirlənərək ölkə başçısına yazdığı şeiri yenidən təqdim edir.

Can, Cənab Ali Baş Komandan!

Yuxusuz gözlərinin qızartısında dan...
Can, Cənab Ali Baş Komandan!

Yaralı əsgərə şəfa hissiylə uzatdığın əlinə,
qürur uğrunda hazır olduğun ölümə
alnımı söykəyirəm.

Duruşundakı qətiyyətə həm də şəhid qardaşlarına görə
qarışan qəm yandırır adamı.
Amma axı gözəldi:
torpağın ən şirin vaxtında elə ölümlər var ki,
yaşadığına görə utandırır adamı.

Amma axı neyləməli:
Yer üzündə heç zaman sülh olmayıb,
sülh, olsa-olsa, əbədi müharibənin arxa cəbhəsidi.
Hətta zərif güllərin savaşdığı dünyada
quşların səsi də güllə səsidi.

Amma axı neyləməli:
bir gün daşıb-tökülməliydi yerə
illər boyu bağrımızdan axan qan...
Can, Cənab Ali Baş Komandan!

İndi hamıdan dərin sən duyursan bu dərdi,
hamıdan aydın sən eşidirsən tarixin bu pıçıltısını:
vətən sevinc deyil, vətən kədərdi.

Bir gün bu qaçan itlərin kəsiləcək hürüşü,
Bu ellərdən izi-tozu itəcək...
Sənin yumruğunun bir işarəsiylə qucacağıq torpağı
qollarımızın arasından bir qucaq
qan-qırmızı qızılgül bitəcək.

İçində üsyan və dərd adam,
doğma adam, mərd adam!

Gallery

# 9997 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news