Futbolun Motsartından ayrılıq sonatası - Leo, Leo, Leo...

Futbolun Motsartından ayrılıq sonatası - Leo, Leo, Leo...
calendar 7 avqust 2021
clock 11:30

Həyatda heç nəyin mümkünsüz olmadığı deyilsə də, insanların belə gördüyü şeylər də var. Məsələn, bir gün Messinin “Barselona”dan ayrılması kimi...

Yəqin yer üzündəki heç bir futbolsevər Messinin nə vaxtsa “Barselona”dan ayrılacağını ağlına belə gətirməzdi.

Bu ayrılığın maddi məsələ ilə bağlı olacağına isə, ümumiyyətlə, heç kim inanmazdı.

Amma belə də olurmuş...

Messi...

Futbol meydanına daxil olanda ayaqları sehrli çubuğa dönən, sol ayağı ilə topun qulağına hara və necə getməli olduğunu pıçıldayan sehrbaz.

Azarkeşi olduğum “Fenerbahçe” klubunun da əfsanəvi bir futbolçusu var idi: Aleks De Souza.

Yadıma düşür ki, onun komandadan göndərildiyini öyrənəndə, səhərə qədər ağlamaqdan halbahal olmuşdum. Onda futbola daha aludə olduğum vaxtlar idi və əsl fanat idim.

İndi “Barselona” azarkeşlərinin necə hüsran içində olduğunu təxmin edə bilirəm.

Həmişə azarkeşlərin sevinc göz yaşlarına səbəb olan Messi, bu dəfə yüzminlərlə, bəlkə də milyonlarla insanı kədər göz yaşlarına səbəb oldu.

Futbol dühalarının Messi haqqında dediyi, aforizmə çevrilmiş fikirlər də var.

Onu futbolun Motsartı adlandıranlar, bu dünyadan olmadığını, yad planetli olduğunu deyənlər, vurduğu qolları sənət əsərinə bənzədənlər...

Dahilik yəqin ki, belə olur.

Futbolçu olsan da, vurduğun qol hansısa bir rəsm əsəri, ya musiqi ilə müqayisə edilirsə, deməli, sən dahisən!

“Messinin meydanda etdikləri çox sadə görünür, amma onları təkrarlamaq imkansızdı”. Bunu indi məşqçilik edən, keçmiş futbolçu Xordi Roura deyir.

Yəqin biz də ən gözəl şeirlər, əsərlər, rəsmlər, musiqilər haqqında bunu düşünürük həmişə.

Əslində, illərdir davam edən Messi və Ronaldo mübarizəsində həmişə Ronaldonun tərəfdarı olmuşam, amma vicdanım həmişə qulağıma pıçıldayıb ki, Messi bir addım irəlidədir.

Bəlkə də Ronaldonun zəhmətinin daha çox olduğunu düşündüyüm üçün Messinin ilahi vergisini, bəli, məhz ilahi vergisini həmişə görməzdən gəlməyə çalışmışam. Hətta, buna əsəbiləşmişəm də.

Biri əziyyəti, zəhməti hesabına uğur qazanmağa çalışır, birində isə ilahi vergi var.

Tanrı Messini sadəcə və sadəcə futbol oynaması üçün yaradıb. Bəlkə də, Tanrının özü də Messininin oyunlarını maraq və həyəcanla izləyir.

Şübhəsiz, Tanrı Messini yaradıb ki, futboldan təkcə insanlar yox, elə özü də zövq alsın.

Onun qəfil üç-dörd futbolçunun arasından su kimi çıxması, küləklə, havayla sövdələşmiş kimi topu sol ayağının içiylə doqquzluğa göndərməsi, topun havada rəqs edərcəsinə fırlanması...

Leo! Leoo! Leooo!

Sən bir əfsanəsən, Leo Messi!

Messi üçün təşəkkürlər, Tanrım!

# 3469 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news