Kişilərdən çox qadınlara baxan qadın - Güneldən qısa hekayə

Kişilərdən çox qadınlara baxan qadın - Güneldən qısa hekayə
calendar 12 aprel 2021
clock 12:14

Kulis.az Günel Natiqin "Qırmızı çəkmələr" hekayəsini təqdim edir.

Al qırmızı uzunboğaz çəkmələrini ayağına keçirdi. Güzgüdəki əksinə bir də şəstlə baxdı.

- Bu çəkmələrlə də diqqət cəlb etməsəm, özümü yandıracam.

Gülümsədi. Bu cür uğursuz zarafat etdiyinə görə özünə ən azı istehza etməliydi. Bu boy-buxuna, bu qədd-qamətə heç vaxt qıymazdı - qırx illik ömründə kişilərdən fərqli özünə heç vaxt xəyanət etməmişdi; əyər-əskiklərini də sevmişdi. Zamanla üzünün zərif, ağ dərisinə ləkələr düşəndə də, saçları kövrəkləşib cazibəsini itirəndə də, həmişə mütənasib olan bədəninin gözəçarpan dərəcədə kilo aldığını hiss edəndə də bunu faciəyə çevirməmişdi.

Hər şeyə əlac vardı: artıq ənlik-kirşanın ən keyfiyyətlisini seçir, saçlarını şux qırmızımtıl rənglərə boyayır, paltarları da bir az gen-bol alırdı. Amma yenə də küçədə-bacada əvvəlkitək baxmırdılar ona, o da altdan-altdan itkin nəzərləri öz üstündə gəzir, tapmayanda özünə belə toxtaqlıq verirdi:

“Bütün gözəl qadınlar onlara olan pərəstişin, heyranlığın bədəlini yaşlanmaqla ödəyirlər”.

Səkidə şəstlə gedirdi. Gözaltı yanından ötənlərə baxırdı. Deyəsən son vaxtlar kişilərdən çox qadınların diqqətini cəlb edirdi. Bütün görkəmiylə “heç eynimə də deyil” demək istədi, amma bacarmadı. Hiss elədi ki, qırmızı çəkməli ayaqlarını əvvəlki kimi şəstlə atmır. Xəfif titrəyiş sezdi - təkcə ayaqlarında deyil, bütün vücudunda.

- Xanım, bir dəqiqə olar?

Çevrildi. Ucaboylu kişi idi. Gicgahlarındakı tüklər ağarsa da, qədd-qamətli, kifayət qədər şux adam idi.

Qadın nazlandı. Qeyri-ixtiyari əlini saçına apardı. “Axır ki” ürəyində düşündü. Nəsə demək istəyirdi ki, kişi zərif hərəkətlə əlini saçlarına çəkib bazburutuna uyğun gəlməyən incə səslə astadan soruşdu:

- Deməzsiz, bu qırmızı çəkməni hardan almısız?

# 3520 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news