Mən dövlətli ailədə doğulmadım – Günün şeiri

Mən dövlətli ailədə doğulmadım – Günün şeiri
calendar 12 mart 2021
clock 10:59

Kulis.az Xalq şairi Cabir Novruzun doğum günüdür. Kulis.az bu münasibətlə “Günün şeiri” layihəsindən “Mənim nəslim” şeirini təqdim edir.

Mən dövlətli ailədə doğulmadım,
Şan-şöhrətli ailədə doğulmadım,
Mən arxalı, mən nəsilli doğulmadım,
Ancaq heç vaxt çəkinmədim, sıxılmadım.
Zər-zibalı yataqlarda yatammadım,
Mən gəzmədim əldən-ələ qucaqlarda
Boy atmadım meydan-meydan otaqlarda.
Mən doğuldum... bürüdülər kürkə məni,
Yatırtdılar bir küncündə komamızın
Qoca nənəm layla dedi uzun-uzun.
Min bir cürə naz-nemətdən uzaq oldum,
Hər cür hazır səadətdən uzaq oldum.
Bir gün dərdlər komamıza güc elədi,
Atam mənim bu dünyadan müəmmalı köç elədi?!
Atam köçdü bu dünyadan, məni qoydu ailəm üçün,
Var-dövləti elə buydu mənim üçün!
Atam itdi, arzuların dumanında,
Mən tək qaldım sərt taleyin amanında.
Anam mənim bundan ötrü dərd elədi,
Atasızlıq bizi sıxdı, pərt elədi,
Məni bu cür doğulmağım sərt elədi,
Həyat özü məni daha mərd elədi.
Əsla tale insaf nədir bilmədi heç,
Bir çöpü də asanlıqla vermədi heç.
Məni yüz yol döyəclədi, şillələdi,
Neçə-neçə gənc arzumu şil elədi.
Nəyim varsa zaman-zaman tək qazandım,
Fəhləlikdən alimədək ad qazandım.
Qazanmadım səadəti xoş ilə mən,
Yox qazandım dırnaq ilə, diş ilə mən.
Qışda şaxta kəsdi məni nizə kimi
Payız gəldi, palçıq gördüm dizə kimi.
Əziyyətlə, məşəqqətlə təhsil aldım.
Kəndimizdən şəhərə mən ünvanlandım.
Mənə doğma, əziz oldu göy Xəzər də.
Tufanlarda, dalğalarda addımladım,
Taleyimi alimliyə mən bağladım.
Nə zaman ki, bu yollarda karıxıram,
Dolanıram, çəkinirəm, darıxıram,
Nə zaman ki, ömür coşur, dalğa olur,
Mənə o an, sərt taleyim arxa olur.
Hələ çoxdur bu yolların əziyyəti,
Kim deyir ki, mən həyatda döyüşmürəm,
Zərrə-zərrə qazandığım səadəti
Min cür hazır səadətə dəyişmərəm!
Bir zəhmətkeş insan kimi necə varam,
Bax, o çətin günlərimə minnətdaram.

# 3404 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news