Müslüm Maqomayevin heykəlinin yeri müəyyənləşdi

Müslüm Maqomayevin  heykəlinin yeri müəyyənləşdi
calendar 28 iyul 2021
clock 15:01

Dünya şöhrətli vokalçı Müslüm Maqomayevin və görkəmli bəstəkar Tofiq Quliyevin Bakı şəhərində heykəllərinin qoyulacağı yer müəyyənləşib.

Kulis.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə hər iki sənətkarın abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsi Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb.

“Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında” ölkə başçısının 12 mart 2020-ci il tarixli Sərəncamının icrası məqsədilə Mədəniyyət Nazirliyinin sifarişi əsasında hazırlanan heykəlin Dənizkənarı Milli Parkın ərazisində, dəniz tərəfdən Dövlət Kukla Teatrının yaxınlığında ayrılmış yerdə ucadılması nəzərdə tutulur. Abidənin müəllifi Xalq rəssamı, heykəltəraş Ömər Eldarovdur. Hazırda heykəlin son tamamlama işləri aparılır.

“Tofiq Quliyevin abidəsinin ucaldılması haqqında” Azərbaycan Prezidentinin 20 may 2021-ci il tarixli Sərəncamının icrası məqsədilə Mədəniyyət Nazirliyinin sifarişi əsasında heykəltəraş Tural Rzaquliyev tərəfindən hazırlanması nəzərdə tutulan heykəlin isə keçmiş “Bakı” mehmanxanasının yerində salınmış parkda ucadılması planlaşdırılır.

# 1721 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news