Onları niyə bu qədər çox sevirik? - İzahat

Onları niyə bu qədər çox sevirik? - İzahat
calendar 7 aprel 2020
clock 21:00

Ətrafımızda elə insanlar var ki, onları hamı sevir. Həmin insanlar heç kimlə konfliktə girmir. Heç kim onları Facebookda bloka atmır. Bəs onlar buna necə nail olurlar?

Kulis.az məşhur fərdi inkişaf yazarı Napoleon Hillin sevilən insanların xüsusiyyətləri haqda olan yazısını təqdim edir.

1. Onlar pozitiv psixoloji əhval-ruhiyyə yaradırlar və bunu ətrafdakılara yükləyirlər

Pessimist və qaramat olmaq həmişə daha asandır. Amma bu yolla uğur və yaxşı imic qazanmaq çətindir. Pozitiv əhval-ruhiyyə isə hədəflərə çatmağa əhəmiyyətli dərəcədə təsir göstərir.

2. Onlar həmişə mehriban və sayğılı tonda danışırlar

Belə insanlar həmişə nə haqda danışıqlarını çox yaxşı bilirlər. Ona görə də onların nitqi sakit və başa düşüləndir, bu isə insanın qulağında xoş səslənir.

3. Onlar öz həmsöhbətlərini diqqətlə dinləyirlər

Lovğalanmaq – eqonu məmnun etmək üçün yaxşı yoldur, amma qarşısındakının xoşuna gəlmək və dostluq münasibəti qurmaq istəyənlər tamamilə əksini edir.

4. Onlar istənilən vəziyyətdə təmkin nümayiş etdirə bilirlər

Həddindən artıq emosional reaksiya insan haqqında pis təəssüratı yarada bilər. Yadda saxlayın ki, arada susmaqla həmsöhbətinizə informasiyanı daha effektiv yolla çatdırmış olursunuz, nəinki söhbəti neqativ emosiyalarla doldurduqda.

5. Onlar qərəzsizdir və açıqdır

Yeni ideyalara qapalı və ancaq həmfikir olduğu insanlarla münasibətdə olanlar təkcə şəxsi inkişafdan qalmaqla yanaşı, peşəkar bacarıqlarının da artmasının qarşısını almış olurlar.

6. Onlar dostları ilə söhbət edərkən gülümsəyirlər

Müəllif yazır ki, Franklin Ruzveltin ən böyük bacarığı gülümsəməyi olub. Məhz bunun sayəsində o söhbət etdiyi adamları daha səmimi olmağa məcbur edirdi.

7. Onlar bilir ki, bütün fikirlərini ifadə etməyə ehtiyac yoxdur

Bu insanlar həqiqət olsa belə, hər ağlından keçənləri deyib qarşısındakını üzmürlər.

8. Onlar xeyirxahlıq etməyi sevirlər

Həftədə ən azı bir dəfə yaxşı bir hərəkət edirlər. Qarşılığını gözləmədən.

9. Onlar uğursuzluqlardan şikayətlənmirlər, dərs götürürlər

Bu insanlar uğursuzluqları qəbul edir və onları rahat keçirə bilirlər. Onlar taleyə minnətdarlıq edirlər ki, dərs götürmələri üçün şans yaradıb.

10. Onlar qarşılarındakı adama elə yanaşırlar ki, sanki dünyanın ən mühüm insanıdır

Onlar söhbət etdikləri insana öz fikrini ifadə etmək şansı tanıyırlar və onun fikirlərinizi öyrənilər.

Orijinal: “businessinsider.com”

Rusca: adme.ru

# 4163 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news