Orxan Əzimin Suriya fotolarının sərgisi açıldı

Orxan Əzimin Suriya fotolarının sərgisi açıldı
calendar 28 dekabr 2019
clock 09:48

Dekabrın 27-də Heydər Əliyev Sarayında İmadəddin Nəsiminin Suriyadakı məqbərəsi və Hələb şəhərinin fotolarından ibarət sərgi nümayiş olunub.

APA-nın məlumatına görə, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan sərginin müəllifi “Mədəniyyət” qəzetinin fotomüxbiri Orxan Əzimdir.

Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında sərgini "Nəsimi ili”nə töhfə kimi qiymətləndirib: "Sərgi sayəsində Nəsiminin Suriyanın Hələb şəhərində yerləşən məzarının hazırkı vəziyyəti ilə tanış ola bilirik. Müharibələrin bizim maddi-mənəvi irsimizə necə böyük zərər verdiyinin bir daha şahidi oluruq".

Ə. Qarayev layihənin fotomüxbir Orxan Əzimin cəsarəti nəticəsində baş tutduğunu vurğulayıb: "Onun Suriyaya getmək cəhdləri baş tutdu, biz də Mədəniyyət Nazirliyi olaraq ona bu işdə dəstək verməyə çalışdıq. Böyük çətinliklərlə də olsa, Nəsiminin məqbərəsini ziyarət edərək, abidənin fotolarını çəkib. Nəsiminin məzarına gəldikdə isə, şəkillərdən də göründüyü kimi, orada hazırda təmir işləri aparılır. Azərbaycan da öz dəstəyini təklif edib. Ancaq görünür ki, Nəsiminin məzarı Suriya üçün də müqəddəs məkan hesab olunur".

# 2210 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news