Şirinin özünü öldürdüyü səhnə - Yeni tərcümə

Şirinin özünü öldürdüyü səhnə - Yeni tərcümə
calendar 16 mart 2021
clock 15:14

Kulis.az Arif Həsənovun fars dilindən tərcüməsində Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından “Xosrovun ölümü” hissəsini təqdim edir.

Qaranlıq bükərək ətəklərini
Nurlu bir sabaha verdi yerini
Zülmət qalasından boylanan səhər.
Sübhün gəlişindən verirdi xəbər
Nurdan xəlq olunmuş gözəl əndamı.
Əriyib itirdi kafursayağı*.
Sökülən dan yeri sanki bilirdi
Özün oldürməkdi Şirinin dərdi.
Son dəfə süzdürüb o xumar gözün.
Yas əhlinə bələ soylədi Şirin.
Kumar Əvədindən** tabut duzəlsin
Xosrovun meyiti ora qoyulsun
Ölüm xəbərini eşidən şahlar.
Axışıb gəldilər, səfə durdular.
Zərrin cənazəni alıb çiyninə.
Şahlar rəvan oldu qəbir evinə.
Nəşi tapşırdılar qara torpağa.
Şirin tənha qaldı sevgili yarla.
Sərdabəyə girib o gözəl pəri.
Köksünə sapladı iti xəncəri.
Qucaqlayıb yarın o, zərrin qəbrin.
Əbədi qapadı xumar gözlərin
Xatirində saxla bəşər ovladı.
Görürsənmi dünya fani dünyadı
Vəfasız fələyə bel bağlayırsan?
Yoxsa, bu namərdi dostmu sanırsan?
İşi də, çölü də yalandı, yalan.
Yoxsa ovsunlayıb səni bu ilan.
Bilmirdin bu dünya fani alçaqdı
Verdiyini geri almayacaqdı?
Əvvəli gəl dəyər sonra aldadar.
Yaman günə salıb səni ağladar.
Ağlın olsun uyma sən bu alçağa
Cəhd etmə var yığıb saray qurmağa.

Kafur – İçi ağ ağac növüdür. Soyuducu qədər soyuqdur. Bizdə sidri-kafir kimi tanıyırlar.
Əvəd və ya ud - Hindistanın Kumar vilayətində bitən ağac növüdür. Çox gözəl ətri var.

No description available.

# 2019 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news