Sonuncu qar - Gənc şairin yeni şeiri

Sonuncu qar - Gənc şairin yeni şeiri
calendar 24 fevral 2021
clock 12:51

Kulis.az gənc şair Furqanın yeni "Sonuncu qar" şeirini təqdim edir.

bilmək istəyirsən: qar yağır
bilmək istəyirsən: soyuqdu
bilmək istəyirsən: şeirlər
daha əvvəlkitək ovutmur.

əlimdən nə gəlir: heçbişey
əlimdən nə gəlir: paxıllıq
əlimdən nə gəlir: qartopu
atsam da, havada yox olur.

indi mən bilmirəm: neyləyim
indi mən bilmirəm: bu qarda
durum bir isti çay dəmləyim?
indi mən bilmirəm ki, harda
bir qoca quşları yemləyir?

uzaqda kimsə var: qəribdi
uzaqda kimsə var: gözləri
yoldadı, gözləyir haçandı
uzaqda kimsə var, kimsə var:
toxunsan ağlayar, naçardı.

bir nəfər danışsın: gülərək
bir nəfər danışsın: sevinim
bir nəfər desin ki, qar yağır,
qoy elə desin ki, isinim
bir nəfər danışsın, desin də:
bu şeiri nə ilə bitirim?

# 2495 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news