Şükür qayıdış gününə! - Günün şeiri

Şükür qayıdış gününə! - Günün şeiri
calendar 23 iyul 2021
clock 13:50

Bu gün Ağdamın işğalından 28 il keçəcəkdi… Keçmədi! Müzəffər Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində digər işğal olunmuş rayonlarla birlikdə doğma Ağdam da azad edildi. Kulis.az bu münasibətlə “Günün şeiri” layihəsindən əslən Ağdamdan olan tanınmış şair Qulu Ağsəsin “Ağdam şəhərim! Adam şəhərim” şeirini təqdim edir.

"Sən öl"ü, "sağ ol"u bəlli
yaranandan üzü bəri
yasında yasin oxunan
toyunda tüfəng atılan -
şəhərim!

Dünyanı bazara çıxaran
dünya bazarında satılan -
şəhərim!

Yuxarı başına keçən kafirə
yuxarıdan aşağı baxan,
Allahdan da çəkinməyən
bircə əsarətdən qorxan!
Ağ alınlı qızılı atların vətəni,
seyid cəddinə içilən andların vətəni!

Sən dar gündə
Şuşaya arxa,
Xocalıya ümid oldun.
Son nəfəsəcən döyüşdün,
son nəfərəcən şəhid oldun...

Ağam şəhərim!
Adam şəhərim!
Ağdam şəhərim!

Şükür külünə,
şükür qayıdış gününə!

Sevincdən ağlımız çaşıb
yüz min dəliynən gəlirik.
Bir "Uzundərə" havası çal,
çıx Bərdə yoluna -
Uzundərəynən gəlirik!..

# 4008 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news