Teli zülmət, üzü məşəl, ömrü Kərbəla – Kazımoviçdən yeni şeirlər

Teli zülmət, üzü məşəl, ömrü Kərbəla – Kazımoviçdən yeni şeirlər
calendar 16 may 2021
clock 17:51

Kulis.az gənc şair Kazım Kazımoviçin yeni şeirlərini təqdim edir.

Alman qızı

Mən Bir Alman Qızı Gördüm Axşamçağında,
Kirpi kiprik, qaşı ilan, gözü xəzinə.
Asi düşmüş ümidlərin edam çağında,
Alman Qızı ölüm əmrin saldı təxirə...

Mən Bir Alman Qızı Gördüm Milad Bayramı,
Göz yaşları nəhri-Fərat, ləbləri Zəm-Zəm;
Təkliyində ötüb keçən xanım Məryəmi.
Qədəm-qədəm zaman qədəm saxladı bir dəm...

Mən Bir Alman Qızı Gördüm Çiçək Yaşında,
Teli zülmət, üzü məşəl, ömrü Kərbəla.
Taleyimin baharına yaz yağışında,
Gəlsə bəla, getsə bəla, qalsa bir bəla…

Bir Zamanlar Payızda

Ağacların budağından birbəbir,
Payız düşər küçələrin üstünə.
Pəncərədən son bahar yağmurunda;
Buludların bax səmavi rəqsinə.

Əsə-əsə gələr sərin küləklər,
Ata yurdu dənizlərin içindən.
Füzulinin fələklər yaxan ahı,
Çaşar, gedər, çırpılar Çin səddinə.

Hər yer xəzan, hər gün payız, dəmadəm;
Göy üzündə süzər nəhəng buludlar...
Yağış yağar; sanaram ki oxlanar,
Oxlanar göylərdə səhəng buludlar…

Axtarış

Səni axtarmağa gedirəm daha,
Ta mən də bu gündən yoxa çıxıram.
Salam Sarvan

Axtarmağa getdi səni şair yoxa çıxdı,
Məcnun təki axırda gəlib Allaha çıxdı.

Cananı ilə ilk görüşə çox tələsirdi,
Zənn etmə ölümçün bu Məsih çarmıxa çıxdı.

Yardı bu sınıq qəlbimi ehmalla təbibim,
Ordan nə qədər qəmzələrin küt oxu çıxdı.

Məşəlləri söndürdü susuz səhrada aşiq,
Mətləb gəmisində azı qaldı, çoxu çıxdı.

Əzrayıl alıbdır başım üstün... Bu ömürdən –
Əl yellə mənə – mən gedirəm... ta çıxa-çıxdı.

# 2366 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news