Tərcüməçidən professora cavab: “Proses” o mənanı vermir”

Tərcüməçidən professora cavab: “Proses” o mənanı vermir”
calendar 11 iyun 2021
clock 11:30

“Çox hörmətli Qorxmaz müəllimin sözləriylə tamamilə şərikəm. Doğrudan da bu müəmmalı “Proses” zavallı Yozef K(?)-nın öz günahsızlığını sübut etməyə çalışdığı çabalar, mənasız səylər və nəhayət, ümidsizlikdir.”

Bu sözləri Frans Kafkanın “Məhkəmə” romanının tərcüməçisi Vilayət Hacıyev professor Qorxmaz Quliyevin əsərin adının yanlış tərcümə edilməsi ilə bağlı yazdığı fikrə münasibət olaraq bildirib. O, daha sonra əlavə edib:

“Düzdür, bu əsərin adı bir çox dillərdə “Proses” kimi verilib. Mən də bu barədə çox götür-qoy eləmişəm, ancaq son anda “Məhkəmə”nin üstündə dayanmışam. Çünki “proses” sözü bizim dilimizdə daha çox davam edən olay mənasında işlənir. Biz istədiyimiz mənanı “Məhkəmə prosesi” söz birləşməsində ala bilərik. Yəni prosesin məhkəmə sözünü əvəz etməsi üçün, ən azı bir dəfə “məhkəmə prosesi” şəklində işlədilməlidir. Heç vaxt “bizi prosesə çağırdılar”, “proses başlandı” demirik. Bəlkə də, bu, hələlik belədir.

Məlumdur ki, burada söhbət yalnız adi məhkəmə prosesindən deyil, sözün intlisit, yəni görünməyən tərəfindən gedir. Belə çıxır ki, yarandığı gündən təqiblərə, şər qüvvələrin təsirinə məruz qalan insan buna layiq olmadığını sübut etməyə çalışır, lakin nail ola bilmir. Ancaq hər bir halda, əsərdə süjet xətti eksplisit şəkildə, məhkəmə prosesində inkişaf etdirilir. Və burada mənə elə gəlir ki, məhkəmə deyilənlərin hamısını ifadə edə bilir.”

# 1832 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news