Türkiyədə musiqi salonuna azərbaycanlı bəstəkarın adı veriləcək

Türkiyədə musiqi salonuna azərbaycanlı bəstəkarın adı veriləcək
calendar 3 iyun 2021
clock 16:09

Türkiyənin Çukurova Universiteti Dövlət Konservatoriyasında yeni yaradılmış orkestr salonuna azərbaycanlı bəstəkar, skripka ifaçısı, Əməkdar artist, professor Fərhəng Hüseynovun adı verilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Kulis.az-a bildirilib ki, bu barədə qərar universitetin senatında qəbul edilib. Təşəbbüsü həmvətənimiz Çukurova Universiteti Dövlət Konservatoriyasının müdiri, dosent Ülviyyə Aslanova Gülər irəli sürüb.

Çukurova Universitetində bəstəkarın xatirəsinin əbədiləşdirilməsi təsadüfi deyil. 1992-ci ildən Türkiyədə yaşayan F.Hüseynov Çukurova Universiteti Dövlət Konservatoriyasının simli alətlər kafedrasının müdir müavini vəzifəsində çalışıb. Burada yaradıcılıq və pedaqoji fəaliyyətlə məşğul olub. Tələbələrinə skripka alətinin sirlərini öyrədib, dəfələrlə Ankara, İzmir, Mersin, Bursa və başqa şəhərlərin konsert salonlarında uğurla çıxış edib. F.Hüseynov təkcə Universitetin deyil, həm də Türkiyə ictimaiyyətinin dərin məhəbbətini qazanıb.

Azərbaycanlı sənətkar 1949-cu ildə anadan olub, 1975-ci ildə P.İ.Çaykovcki adına Moskva Dövlət Konservatoriyasının ifaçılıq fakultəsini, 1982-ci ildə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirib. Bakı Musiqi Akademiyasının "Simli alətlər" kafedrasının dosenti olub. "Kiçik şahzadə", "Kodayu", "Zaman üzrə səyahət", "Mərasimlər", "Qoy dünyada sülh olsun!", "Kiçik kantata", "Stabat Mater" və digər əsərlərin müəllifidir. Yaponiya və ABŞ-da keçirilmiş "Böyük İpək Yolu" və "Xose Asunsyon Flores" adına beynəlxalq müsabiqələrin laureatı olub. Fərhəng Hüseynov 2010-cu ildə vəfat edib.

# 1950 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news