Vətən müharibəsinə həsr olunan yeni klip hazırlanıb - Video

Vətən müharibəsinə həsr olunan yeni klip hazırlanıb - Video
calendar 9 mart 2021
clock 13:23

Əfsanədən gerçəkliyə - bir gülün sehrində - Vətən müharibəsinə həsr olunan yeni klip hazırlanıb

Vətən müharibəsinə həsr olunan yeni klip hazırlanıb. Sözləri Leyla Əliyevaya, musiqisi Kamala məxsus “Xarıbülbül” mahnısına klip çəkilib. Müğənni Aydın Sani, əməkdar artist Təyyar Bayramov və oğlu Kənan Bayramovun ifasını aranjimançı Mahir İbrahimov ərsəyə gətirib.

Oğuz alpaqutunun qanlı köynəyini cırıb bülbüllə sevgilisi Aybükəyə göndərməsi, gülün görüşünə tələsən bülbülü küləyin ayırması, Ağabəyim xatunun Vətən həsrəti... Bütün bu əfsanələrin motivində intizar, ayrılıq önə çəkilsə də, detallarda qovuşma var.

Əfsanələr sehrlidir. Oradakı obrazlardan hansınınsa yuxusu, ilğımı, mübarizəsi və xoş gerçəkliyi olur. “Xarıbülbül” klipində də ilğımla xatirələrin, yuxu ilə gerçəkliyin sintezi var.

Bu klip 28 illik həsrətin sonu - Vətən müharibəsindəki qələbəmizə, bu qələbəni bizə qazandıran şəhidlərimizə, döyüşçülərimizə ithaf olunur.

APA TV-nin hazırladığı klipi təqdim edirik.

# 1519 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news