Xarkovda heykəltəraşımızın kompozisiyasının açılışı olub - Foto

Xarkovda heykəltəraşımızın kompozisiyasının açılışı olub - Foto
calendar 2 sentyabr 2021
clock 09:58

Xarkov şəhərində Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanovun “Siçovul” abidəsinin açılış mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, Xarkov Əczaçılıq Universitetinin 100 illiyi münasibətilə ali təhsil ocağının ərazisində yerləşən “Siçovul” abidəsi Ukraynada ilk dəfədir ucaldılır.

Açılış mərasimində çıxış edən Seyfəddin Qurbanov bildirib ki, dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ, Rusiya, Avropa dövlətlərində “Siçovul” abidəsi ucaldılıb. Ukraynada belə bir abidənin məhz Xarkovda ucaldılması şəhər sakinləri və turistlər üçün maraq doğuracaq. Onun sözlərinə görə, heykəl kompozisiyasının mənası odur ki, dünya tibbi siçovullar üzərində aparılan elmi eksperimentlər üzərində inkişaf edib. İnsanları xəstəlikdən, ölümdən qurtaran dərmanlar yaradılıb. Ona görə də heykəl kompozisiyasında “Siçovul” və kitablar, dərman əksini tapıb.

Tədbirdə çıxış edən universitetin rektoru Alla Kotvitskaya, Qazaxıstanın Xarkovdakı Fəxri konsulu, Xarkov Diplomatik Klubun prezidenti Emin Nəcəfli heykəl kompozisiyasının əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, heykəl kompozisiyasının hündürlüyü 3,5 metrdir və tuncdan hazırlanıb. Seyfəddin Qurbanov Xarkovda 60 heykəl kompozisiyası və memorial lövhənin müəllifidir.

# 1629 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news