Allah olmaq çətindir - Ömər Xəyyam

Allah olmaq çətindir - Ömər Xəyyam
calendar 24 oktyabr 2023
clock 21:00

Kulis.az Ömər Xəyyamın "Allah olmaq çətindir" filmi haqqında yazısını təqdim edir.

Əvvəlcədən qeyd edim ki, əgər özünüzü hazırlıqlı tamaşaçı sayırsınızsa, əvvəlcə filmi izləyin, sonra yazını oxuyarsınız, yox, əgər özünüzü ortabab tamaşaçı hesab edirsinizsə, o zaman yazını oxuyun, sonra qərar verin.

Elmsiz, sənətsiz dünya: Tüpürcək gölməçələri, üz-başı nəcis, fırtığı ağzına sallanan adamlar.

“Allah olmaq çətindir” – Aleksey Germanın filmidir, Arkadi və Boris Struqatski qardaşlarının eyniadlı povesti əsasında çəkib.

Filmin çəkilişi 10 ildən çox vaxt alıb. Ekranlara çıxanda German artıq ölmüşdü.

Hadisələr Ankanarda baş verir.

3 saatlıq rəngsiz film…

Olsun ki, sıxıcıdır, yorucudur, fəqət o qədər həqiqidir ki…
Təsadüfi deyil ki, Ankanarı “bozlar” idarə edir və elmsiz, sənətsiz dünya bozdur, sıxıcıdır.

German filmdəki iyrənc səhnələrlə elmdən, sənətdən uzaq dünyanın necə qaragüruh, boz və iyrənc ola biləcəyini göstərir: Üz-gözü yara, dayanmadan tüpürən, nəcis yeyən, sidik içən adamlar…

Ankanarlılar çox çirkindirlər. İfadəsiz, çirkin üzlər…

Ankanarda bir dənə də olsun ağac yoxdur. Ankanar bombozdur. Hər yer palçıq içində, hər yan bataqlıq.

Ankanarlılar danışmaq vərdişini itirmək üzrədirlər, cümlələri baş-ayaq, rabitəsiz…

Ankanarlılar maymaq və kütdürlər. Onlar ancaq əmrlə hərəkət edirlər. Düşünmək qabiliyyətini itiriblər. Ruhları yoxdur və “mənəvi” qidaları ancaq təhqir, tüpürcəkdir. Əzilmək, aşağılanmaq onların xoşuna gəlir.

Don Rumatın burnunu silib atdığı dəsmalın üstündə dava edirlər. Kim dəsmalı birinci götürsə, onu yaxşıca yalayıb təmizləyir.

Ankanarda maymaq və küt, qüruru və özünə inamı olmayan məxluqların Allahı olmaq çox çətindir.

German bu filmlə elmin və sənətin yoxa çıxdığı dünyanı göstərir.

Film dünyasında səs-küy yaratmış ekran işinin ilk tamaşaçılarından biri Umberto Eko bu filmi “ağır və amansız” adlandırmışdı: “Germanın son filmi Bosxun sirli qəhrəmanlarının cazibədar eybəcərliyi kimi gözəldir”.

Belə maymaq və küt, üz-başı yara, yabanı, vəhşi, fırtığı ağzına sallanan, nəcasət içində yaşayan insanabənzər məxluqlara çevrilmək istərmirsinizsə, təbiəti ölü, boz, hər yanı bataqlıq olan bir dünyada yaşamaq istəmirsinizsə, elmdən və sənətdən bərk yapışın…

# 2594 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news