Bəhram Bağırzadə kimdir? - Ulucay Akif yazır...

Bəhram Bağırzadə kimdir? - Ulucay Akif yazır...
calendar 16 yanvar 2023
clock 10:40

Kulis.az Ulucayın Akifin “Bəhram Bağırzadə kimdir?” adlı yazısını təqdim edir.

Baxıram, Bəhram Bağırzadənin "rayonlu-bakılı" söhbəti adamları xeyli narahat eləyib. Yenə qızğın şəkildə müzakirə edirlər, səhifələrin kommentlərində-filan qırğındı.

Məsələ bilirsiniz nədir?

Bəhram Bağırzadənin heç bir fikri məni narahat eləyə bilməz. Çünki mənə görə, deyilən fikir qədər əhəmiyyətli olan bir başqa məqam da var: həmin fikri kimin dediyi.

Deyə bilərsiniz ki, bəs niyə bu yazını yazırsan?

Bu yazını ona görə yazıram ki, eyni məqam sizin üçün də keçərli olsun. Fikri kimin dediyinə də baxın. Bəhram Bağırzadədi də. Desin. Bəhram Bağırzadənin dediyi sözün nə qədər əhəmiyyəti ola bilər? Heç özümə əziyyət verib nə dediyi ilə maraqlanmadım da. Həmişə elədiyi "kəndçi-şəhərli" söhbətidir də.

Kimdir Bəhram Bağırzadə? Bunu ironiya ilə soruşmuram. Ciddi soruşuram. Bəhram Bağırzadə kimdir?

Məsələn, birdən yolda sizə mikrofon uzadıb “Bəhram Bağırzadə kimdir?” sualını versələr, nə cavab verəcəksiniz?

Fikirləşin.

Deyəsən, siz də qərarsız qaldınız.

Başa düşürəm. Çünki Bəhram Bağırzadənin tam olaraq kim, nəçi olduğunu heç birimiz bilmirik. Aktyordur? Aktyor demək olmur. Yazıçıdır? Yox. Şoumendir? O nədir? Aparıcıdır? Qətiyyən.

Hər tamaşada, xırda-para filmdə oynayan adamlara aktyor demək olmaz axı. Nəhəng bir sənətdi aktyorluq.

"Planeta parni iz Baku"nun 3-5 tamaşasında oynamış, bir-iki filmdə epizodik rollarda görünən adama rahatlıqla aktyor deyə bilirsiniz? Mən yox.

Hə, onu deyirdim axı. Mənim üçün ən az deyilən fikir qədər əhəmiyyətli olan başqa bir məqam da fikri səsləndirənin kimliyidir? Hər adamın dediyi mənim üçün vacib olsaydı, ta nə oldu?

Deyə bilərsiniz, Bəhram Bağırzadə məşhurdur, populyardır, ona görə də fikri belə ajiotaj yaradır. Axı məşhurluq, populyarlıq bir adamın fikrini ciddiyə almaq üçün nə dərəcədə əhəmiyyətli faktor ola bilər?

Məşhurluğa qalsa, Bayram Nurlu da məşhurdur, meyxanaçı Baləli də, tiktokçu Məhəmməd Dəniz də, nə bilim, filankəs də. İndi bu adamlar necəsə məşhurlaşıb deyə onların fikrini ciddiyə almalıyam?

Bu nə absurd yanaşmadır?

Bəhram Bağırzadənin işi, funksiyası məni güldürməkdir. Bacarırsa, güldürsün, yoxsa ta onun hansısa fikrini ciddiyə alım, əsəbiləşim, qəzəblənim. Yox bir.

Özü də Bəhram özü heç bakılı deyil, İsmayıllıdandı, Allah haqqı.

# 33441 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news