“İkinci nəfəs” adlı sərgi açılacaq

“İkinci nəfəs” adlı sərgi açılacaq
calendar 16 iyul 2021
clock 18:10

İyulun 30-da “Azərbaycan Uşaqları” İctimai Birliyinin təşkilatçılığı ilə İnsan Alverinə Qarşı Mübarizə Gününə həsr edilən “İkinci nəfəs” adlı incəsənət sərgisi açılacaq.

Layihənin əsas məqsədi uşaqların fərdi yaradıcılıq və əl qabiliyyətlərinin inkişaf etdirilməsi, həmçinin cəmiyyətdə yararsız hesab edilən tullantılardan düzgün istifadə etməklə onların necə yararlı hala gətirildiyini nümayiş etdirməkdir.

Sərgidə uşaqların hazırladığı istifadəyə yararsız olan materiallardan maketlər, Azərbaycanın milli oyuncaqlar, milli atributlar, toxuma nümunələri və İnsan Alverinə Qarşı Mübarizə Gününə həsr edilən xüsusi hazırlanmış eksponatlar təqdim olunacaqdır. İstedadlı uşaqların əl işləri arasında Şuşanın işğaldan azad edilməsi münasibətilə hazırladıqları “Şuşa şəhərinin maketi”, “Xudafərin körpüsü “ və “Konstitusiya Günü” maketləri xüsusi yer tutur.

Sərgidə Qeyri Hökumət Təşkilatları və dövlət orqanlarının nümayəndələri habelə ölkənin tanınmış incəsənət xadimləri iştirak edəcək. /azertag.az/

# 1673 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news