"Joker"in "İrlandiyalı" rəqibi - "Oskar" uğrunda mübarizə gərginləşir

"Joker"in "İrlandiyalı" rəqibi - "Oskar" uğrunda mübarizə gərginləşir
calendar 11 dekabr 2019
clock 16:05

Filmlərin və serialların axın şəkilli multimedia əsasında ən iri təchizatçılarından biri olan “Netflix” firmasının rəhbərliyi bildirib ki, Martin Skorsezenin “İrlandiyalı” adlı yeni filminin nümayiş etdirildiyi ilk həftə ərzində bütün dünyada bu filmə baxanların sayı 26,4 milyondan çox olub.

Bu rəqəmə 3,5 saat davam edən filmin azı 70 faizinə baxmış tamaşaçılar da daxildir.

Gündəlik tələbat malları sənayesində marketinq hesablamaları aparan “Nielsen” şirkətinin məlumatına görə, ABŞ-da ilk beş gün ərzində “İrlandiyalı” filminə tamaşa edənlərin sayı 13,2 milyon olub. Həmin tamaşaçıların təqribən 20 faizi “İrlandiyalı” filminə onun translyasiya edildiyi ilk gündə - noyabrın 27-də tam həcmdə baxıblar.

“Netflix” şirkətinin elan etdiyi statistik məlumatlara inansaq, “İrlandiyalı” filmi Oskar mükafatına ən real namizədlərdən biridir. Prodüserlər bu filmin yaradılmasına təqribən 160 milyon dollar xərcləyiblər.

Dekabrın 8-də “İrlandiyalı” filmi “Qızıl qlobus” mükafatına müxtəlif nominasiyalarda, o cümlədən, “Ən yaxşı film” və “Ən yaxşı dram” nominasiyalarında namizəd kimi 5 mükafata layiq görülüb. Ötən həftə Nyu-Yorkdakı Kino tənqidçiləri Dərnəyi və ABŞ Kino tənqidçilərinin Milli Şurası “İrlandiyalı”nı “İlin ən yaxşı filmi” hesab ediblər./azertag.az/

# 2327 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news