“Səhnədə” müsabiqəsinin canlı dinləmələri yekunlaşıb

“Səhnədə” müsabiqəsinin canlı dinləmələri yekunlaşıb
calendar 6 avqust 2021
clock 19:00

İfaçılıq istedadı olan gənclər üçün bütün respublika üzrə elan olunan “SƏHNƏDƏ” müsabiqəsinin canlı dinləmələri yekunlaşıb.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqənin Lənkəran, Quba, Şəki, Gəncə, Yevlax, Bakı və Naxçıvan şəhərlərində keçirilən kastinq mərhələsində iştirak haqqı qazanan 100-dən çox gənc münsiflər heyəti qarşısında çıxış edərək ifaçılıq bacarığını nümayiş etdirib.

Müsabiqəsinin final mərhələsinə 10 gənc seçilib.

Müsabiqənin bundan sonrakı mərhələsində kastinqlərdəki dinləmələrin yekununda öz istedadı ilə münsiflərin diqqətini cəlb edən və seçim meyarlarına uyğun gələn 10 gəncin Bakıda baş tutacaq qala konsertində çıxış etmək şansı olacaq. Konsertin yekununda münsiflərin qərarı ilə seçilən 3 gənclə “RÄNG” leyblı arasında 1 illik prodüsserlik müqaviləsi imzalanacaq. Müsabiqənin kastinq mərhələləri və möhtəşəm “Böyük Final” Azərbaycan Dövlət Televiziyasında (AzTV) teleşou formatında yayımlanacaq.

Xatırladaq ki, “SƏHNƏDƏ” Gənc İstedadlar Müsabiqəsi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və “RÄNG” leyblın tərəfdaşlığı, “GəncSİMA” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir. Müsabiqənin məqsədi dövlət gənclər siyasətinin vacib hissəsi olan paytaxt və regionlarda xüsusi istedada malik olan gənc ifaçıları aşkar etmək, onların qabiliyyətlərinin inkişafı və sənətdə öz yerini tapmasına dəstək göstərməkdir.

# 1634 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news