"Təklif onlardan gəldi" - Aysel Türkiyədə çıxan kitabından danışır

"Təklif onlardan gəldi" - Aysel Türkiyədə çıxan kitabından danışır
calendar 25 dekabr 2020
clock 13:15

Yazıçı Aysel Aydın Əlizadənin "Qadın Peyğəmbər" romanı Türkiyədə çap olunub.

Kulis.az xəbər verir ki, kitab İstanbulda fəaliyyət göstərən “İkinci adam” yayın evində çıxıb.

Aysel Aydın Əlizadə bildirib ki, roman Azərbaycanda illər öncə nəşr olunub:

"Bu kitabımın yaradıcılığımda özəl yeri var. Kitab Azərbaycanda iki dəfə çap edilib. Yayda Türkiyədən təklif gəldi. Burada kitabınız yayınlansa, yaxşı olar dedilər. İstanbulda daha öncə iki kitabım çap edilib. Bu, üçüncü oldu. Təşəbbüs başqalarından gəlib hər dəfə. Bu cür diqqətə görə çox sağ olsunlar. Bu dəfə də dəyərləndirdim. Düşündüm və “Qadın peyğəmbər”in üzərində dayandım. Yayın evinə yolladım. İncələyib yayınlayacaqlarını yazdılar. Müqavilə bağladıq və gözlədim. Bir neçə ay çəkdi. Nəhayət çap edildi. Türkiyənin ən yaxşı yayın şirkətlərindən biridir. Çox ümid edirəm ki, Türkiyə oxucusu üçün maraqlı olacaq. Sevincliyəm".

Qeyd edək ki, kitab bu gündən satışa çıxarılacaq.

No description available.

# 2718 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news