Soyun... - Aqşin Yeniseydən yeni şeir

Soyun... - Aqşin Yeniseydən yeni şeir
calendar 18 may 2021
clock 13:35

Kulis.az Aqşin Yeniseyin "Modern Məcnunun Monoloqu" adlı yeni şeirini təqdim edir.

Bir aşiq olsa da sevsə mənim yerimə səni...
Qürubdu bu, yorğun günəşin vətəni...
Ümidsizlik əldən düşüb unutmaqdı ümidi
mən yoğrulmaqdan yorulmuş öz gününə gülən gil!
İtkin düşmüş gənc alovun soyuq soba məmləkətdə tərk etdiyi qoca kül!

Bəs sən kimsən?
Üç əsrlik bir tabloda təzə açmış köhnə gül!
Soyun, muştuluğumu ver!
Qocalıb öldü nəhayət, özünün nəhəngliyinə can atan o bala fil...

Bir aşiq olsa da sevsə mənim yerimə səni...
On yeddi yaşında bıçaq, qaranlıq tinin birində cibindən çıxarıb soxsa
taleyinin ürəyinə yaşanmamış gəncliyini...
Və yaşasa yerdə qalan həyatını, qurd həyatın it həyatına dəyişən
Küçədəki axtalanmış o it kimi...
nəğmələri ələ salan karikaturik fit kimi...

Bir aşiq olsa da sevsə mənim yerimə səni
Mənim yerimə görsə gecələr neandertal yuxularımı...
Qorxularının qəhqəhəsinə oyansa yuxudan göyərçin qatili soyuq səhərlər
Köhnə əşyalarda yaşasa unudulmuş mutluluğu...
Necə ki gecəqonduların mühasirəsində əylənir
Bütün böyük şəhərlər.

Bir aşiq olsun da sevsin mənim yerimə səni...
Mənə oxşar üzü olsun, özünün də unutduğu.
Divarımda “köhnə Leyli, on səkkiz yaş” şəkil kimi yaddan çıxıb qalasan
Gündə min yol boylansan da üzümə...

Amma, ancaq, lakin...
...bir gün bezib unudanda səni
Geri versin özümə!

# 4245 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news