Əkrəm Əylisli: “Anar ağladı və dedi ki...” – Açıqlama

Əkrəm Əylisli:  “Anar ağladı və dedi ki...” – Açıqlama
calendar 16 yanvar 2023
clock 15:15

“Anar mənə qarşı etdiyi günahları boynuna alsa, üzünün nuru gedər, adam cildindən çıxar. Mən Anarla bağlı heç bir günahın sahibi deyiləm”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında yazıçı Əkrəm Əylisli xalq yazıçısı Anarın Kulis.az-a son müsahibəsində onunla bağlı səsləndirdiyi fikirlərlə bağlı danışarkən deyib.

Ə.Əylisli bildirib ki, Anar artıq illərdir onun haqda şayiələr yayır: “Düşünürdüm ki, sovet hakimiyyəti artıq dağılmaq üzrədir və istedadlı adamların qədri bilinməlidir. Amma gördüm ki, əksinə, hər şey pisə doğru dəyişir, Anar da əvvəlki adam deyil. Mən məcbur qalıb dözürdüm ki, maaş alıb evimə bir tikə çörəkpulu aparım. Lakin sonra gördüm, daha bacarmıram. Mən dözməyə davam etsəydim, Anarla bir çox şeylərdə razılaşmalı olacaqdım”.

Yazıçı AYB-yə katib gəlməsinə də aydınlıq gətirib: “Məsələ heç də Anarın dediyi kimi deyil. O, öz istəyi ilə məni katib seçməyib. 1988-ci ilin yanvar ayı idi və mən Əylisdən Bakıya yeni qayıtmışdım. Anar mənə AYB-yə katib gəlməyi təklif etdi, razı olmadım. Bunu bəlkə də özü danacaq, amma nəyə desəniz and içərəm ki, Anar ağladı və dedi ki, “sən gəlməsən, mən də işləməyəcəm”. İnanın ki, Anarın göz yaşını ilk dəfə onda gördüm. Bu təkidin səbəbi isə o idi ki, “yuxarıdan” ona tapşırıq verilmişdi: “Əkrəm sənə kömək etdi, ona görə sən AYB-yə gəldin, indi də sən Əkrəmi yanına gətir”. Belə bir tapşırıq olmasa, Anar mənə heç vaxt yalvarmazdı”.

Ə.Əylisli Anara qarşı qiyama hazırlaşmadığını bildirib: “Mənim Anara qarşı qiyam təşkil etməyim iddiası nağıldır. Ağlına gələni danışır. Allaha and olsun ki, Anar mənə dəstək olmayıb. Əylisdən gəldiyim bu günə qədər hər şeyi özüm etmişəm. Bunu o da bilir, amma hər zamankı kimi inkar edir”.

# 4762 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news