Əlvida, sevgilim!

Əlvida, sevgilim!
calendar 20 may 2021
clock 12:49

Əynimdə formam, boynumda şarfım,
Bitməyəcək sənin ağ-qara sevgin.
Bu sevgi əbədi,
Məğlub olmaq nədir!?
Bir sevgi var, o da, "Neftçi"!


Dünən “Neftçi” komandası “Qarabağ”a qalib gələrək 7 ildən sonra yenidən Azərbaycan çempionu oldu.

Sizi bilmirəm, amma Azərbaycan futbolu deyəndə mənim ağlıma gələn ilk komanda elə “Neftçi” olur.

Hələ Sovet dönəmində “Neftyannik” adı ilə SSRİ çempionatlarında da oynayan komandamızın lent yazılarını izləmişəm.

“Neftçi”nin Ermənistanın “Pyunik” komandası ilə oyunu xatırlayıram.

Elə də uzaq yox, 16 il əvvəl, 2005-ci ildə “Neftçi” Moskva şəhərində “Pyunik” ilə oyuna çıxdı.

Gallery

Yəqin ki, o tarixi oyun, o möhtəşəm qələbə bütün futbolsevər azərbaycanlıların yadındadır. Bəlkə də məhz o qələbəyə görə həmişə “Neftçi”ni bir fərqli məhəbbətlə sevmişəm.

Hələ də o oyunun azarkeşlər tərəfindən çəkilmiş kadrlarını izləyəndə tüklərim biz-biz olur.

Ermənilərin futbolçuları təhlükəli yerdən cərimə zərbəsi vurmağa hazırlaşanda bizim azarkeşlərin həyəcanla “Ay Allaaaaah! Ay Allaaaah!” deyib narahatlıq keçirməsi, ya da vurduğumuz qollarda səsləri tutulana qədər, doluxsunmuş halda bağırmaları...

Onda Moskvada ermənilərə 2:0 hesabı ilə qalib gəlmişdik.

“Neftçi”ni təkcə bu qələbəyə görə sevmirəm. Mən Bayılda, Xəzər dənizinin sahilində, neft buruqlarının yanında yaşayıram. “Neftçi”nin futbolçuları yaşıl meydanlara ayaq basanda, elə bilirəm ki, bu oyunçular elə indicə bizim tozlu küçələrdən, neft buruqlarının arasından keçib meydana çıxır.

Elə bilirəm oyun zamanı əsən küləklər də “Neftçi”yə azarkeşlik edir, hətta ona kömək etməyə çalışır.

Azərbaycan klubları arasında ən maraqlı, coşğulu, qatı azarkeşlərə sahib komanda da “Neftçi”dir.

Hətta azarkeş sözü onları ifadə etmək üçün çox cılız qala bilər. Onlar “Neftçi” sevdalılarıdı!

Mənim dostlarım arasında da həmin sevdalılardan var. Onlarla birgə “Neftçi”nin çox oyununu izləmişəm.

Qol-qola, çiyin-çiyinə, heç dayanmadan 90 dəqiqə komandasını dəstəkləyən, yumruqlarını havaya qaldırıb komandası üçün bəstələr, nəğmələr oxuyan, uduzanda əsəbindən, udanda sevincindən bağıran, səsi tutulan, gözləri dolan sevdalılar.

Əlvida, sevgilim!
Ürəyimdə sənə
Yer yox, ancaq "Neftçi"yədir!

Təbriklər, “Neftçi”!

Təbriklər, “Neftçi” sevdalıları!

# 3828 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news