"O gəncə de ki..." - Kamal Abdulladan Vüqar Vana cavab

"O gəncə de ki..." - Kamal Abdulladan Vüqar Vana cavab
calendar 23 fevral 2024
clock 14:00

"Məni elə adamlar bəyənib ki, bu və bunun kimi gənc tədqiqatçılar bəyənməsə də, olar..."

Kulis.az xəbər verir ki, bu sözlər Xalq yazıçısı Kamal Abdulla onun "Qatardakı adam" hekayəsi barədə tənqidi mətn yazan Vüqar Van haqqında deyib.

Xalq yazıçısı qeyd edib ki, sözügedən hekayə yaşlı adamlar üçündür:

"Məni elə adamlar bəyənib ki, bu və bunun kimi gənc tədqiqatçılar bəyənməsə də, olar.

Amma hər halda mənim adımdan ona təşəkkür etməyini xahiş edirəm.

Artıq “mən” sözünü də işlətməyə “qorxuram”.

Bu gənc tədqiqatçıya de ki, gələcəkdə araşdırdığı mətndə sözləri saymasın.

Bu hekayə bir ovqat, əhval hekayəsidir. Keçmişi olanlar üçündür.

Lap açıq desəm, yaşlı adamlar üçündür. Deyə bilər ki, hekayənin ünvanı yaş müxtəlifliyinə uyğun olmamalıdır. Mən hesab edirəm ki, olmalıdır. Nahaqdan uşaq ədəbiyyatı ayrıca götürülmür ki…

Bir də de ki, qatarın yeknəsəq səsi hələ də mənim qulağımdadır.

O bunu eşitmirsə, bu səs, deməli, özünü ona eşitdirmir. O, qatarda gələn xatirələrin, duyğuların ləzzətini yaşlananda biləcək, yəqin.

Bilməsə, mənlik deyil.

Hekayə barədə isə mənim bilmədiklərimi ( həm də bildiklərimi) mənə dediyi üçün isə bir daha təşəkkürlər.

Mənim seçmə hekayələrim toplanan “ Sirri- zəmanə” kitabım var. Bir ona da nəzər yetirsəydi, sevinərdim..."

Qeyd edək ki, bu sözlər Xalq yazıçısı Kamal Abdullanın Ulucay Akifə yazdığı məktubdandır.

# 3319 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news