Palçıqdan şirə çəkən arılar - Əlibala Əhmədovun yeni şeirləri

Əlibala Əhmədov

Əlibala Əhmədov

calendar 19 aprel 2023
clock 17:00

Kulis.az Əlibala Əhmədovun yeni şeirlərini təqdim edir.

10 aprel

Bəs yuxularımda
palçıqdan şirə çəkən arılar....
Qadın sığalladı onun gənc, qüssəli üzünü.
Bu həyata o qədər az inanırsan ki....
Öpməsən, dodaqlarım
quru palçığa çevriləcək....

Sıxıntılar

Hardadır sevginin xoşbəxtliyi?
Qorxular qanlı dəmir kimi
böyüdür çığırtını, boğur qəddarlığı

Bir oyuğa baxarkən
necə sıxılarsa adamın ruhu
hulqumu üzərində yad əllər olmasa da,
ruhum da o cür səssiz ağrıyır dərinlərdə

Və fikirlər
adamları qorxudan həmin oyuqlar kimi....

Bu gün başındakı pariki
sarı, qırmızı yaşıl olan
təlxəyi gördüm.
və əlində sarı, qırmızı, yaşıl rəngli dondurma olan bir uşağı...

Qarşılaşdılar...
Güldülər bir-birinə....

Mən də gülümsədim
zülmətdən bir addım öncə.

Gözəl olan hər şey gəlib içimdə xarab olur.

Və artıq əzablıdır bunlardan sonra nələrisə anlatmaq
İçdiyin zəhəri qusmaq kimi...

Xəfif sevgi şeiri

Görəsən, indi düşünürsənmi məni uzaqda?..
Yanındakı adamların səsi kəsilən kimi.
Axı mənə ancaq uzaqdan aşiq olmaq mümkün olur.
və düşünmək olmur hansısa divarı
dəldiyimi...

İndi ağlına yağışın qopartdığı
papiros külü gəlir.
Bir də başdanbaşa islanmış
gül budaqları...

Əkin yerlərindən susqunca keçib-gedən uyurgəzər,
Böyürtkəni kirpinin tikanında tapan bir
xəyalpərəst....

Yanındakı adamlar danışacaqlar elə hey uzun-uzun
Mənsə bir şam yandıracam islaq əkin sahəsində
Güləcəm yemiş qabığı çeynəyən inəyin gözlərinə....

Məni düşünəcəksən onda
"Uzaqlarda vurulduğum adam var" - deyəcəksən,
Divarları çatlatmayan xəyalpərəst bir gənc

Amma nəmli buludlara sizin tək "qara" demir
Pıçıldayır; "bənövşəyi yağmur evləri...."


Solğun işıqlar

Qorxunun azad yaxasında
yoxdur Tanrının barmaqları....
Bu gün yenə üzünə baxıb
gülümsədi xəbərsiz biri.
Rəngli tutuquşu arzulayan
cavan qadını gördün.
Və axşam
yuxuda korrida yarışı izlədin -
yaşıl xəstə həsiri ilə ram edirdilər öküzü....


15 aprel

"Qorxma,
tənhalıqdır bu - dondurması bitmiş çubuq....
Boz günlər dəlici bıçaq, gah da kiflənmiş meyvə kimi...."

İndi dəniz üzərində gəzməyi bacarsaydı
əsla hiss etməzdi ayaq altındakı suları...

Yol tapa bilməzdi onların sərinliyi
kabusları içib
yorğun düşmüş ruhuna...

# 2141 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news