Ramiz Rövşən: "Dedi ki, sənə bir dəfə xəyanət eləmişəm"

Ramiz Rövşən:  "Dedi ki, sənə bir dəfə xəyanət eləmişəm"
calendar 1 oktyabr 2023
clock 14:25

Bu gün ustad şair Vaqif Bayatlının 75 illik yubileyidir. Xalq şairi Ramiz Rövşən bu münasibətlə Kulis-ə öz fikirlərini deyib.

Nə vaxtsa demişdim ki, "Vaqif məni səksəndirən axırıncı şairdir". Ondan sonra xoşuma gələn şairlər olsa da, Vaqifin dili, hisləri tamamilə başqadır.

İlk dəfə Vaqif mənə şeirlərini verəndə, elə yolda gedə-gedə oxudum. Çox sevdim o şeirləri. Onun şeirlərini oxuyanda, elə bil özümə qardaş tapdım.

Vaqif çox gözəl şairdir. Nazim Hikmətin bir sözü var:

"Daha söz sərxoş edə bilmir məni.
Nə özümünkü, nə özgəninki"

Vaqifin sözü elə sözdür ki, özünü də, içi mən qarışıq başqalarını da sərxoş edə bilir. Vaqif ən sevdiyim şairlərdən biridir. Ona can sağlığı arzu edirəm. Bundan sonra da gözəl şeirlər yazsın. Elə bilirəm ki, onun gözəl şeirlərini yenə də oxuyacağıq.

75 yaş şair üçün az yaş deyil. Amma Vaqif kimi şair üçün 100 də azdır. Arzu edirəm ki, hər gününü, saatını şeirə çevirə bilsin.

Yeni şeirlərini gözləyirəm.

Təkcə mən yox, çox adam gözləyir.

Mənim bir dostum var idi... Rafiq Həsənov... Rəhmətə getdi. Şair idi. Həm də mənim sadiq oxucum idi.

Bir dəfə söhbət edəndə mənə dedi ki "mən oxucu kimi sənə bir dəfə xəyanət eləmişəm". Soruşdum ki, necə olub? Dedi, Vaqiflə. O vaxt "Vaqif Cəbrayılzadə" idi. Hə, dedi, o vaxt Vaqifin kitabı təzə çıxanda düz iki ay o kitabı başımın altına qoyub yatmışam. Dedim, çox sağ ol, əccəb eləmisən, mən də o vaxt elə sənin vəziyyətində idim.

Onun bu sözü həmişə yadımdadır.

Vaqifin çox sadiq oxucuları var və mən də o oxuculardan biriyəm.

# 3815 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news