Sevginin o tayı, bu tayı olmaz - Güneydən şeirlər

Sevginin o tayı, bu tayı olmaz - Güneydən şeirlər
calendar 4 may 2023
clock 15:30

Kulis.az güneyli şair Məryəm Qurbanzadənin şeirlərini təqdim edir.

Məryəm Qurbanzadə 1982-ci ildə Makı şəhərində anadan olub. Çox gənc yaşlarından şeir yazmağa başlayıb. Bir neçə Türkiyə şairlərinin əsərini farscaya tərcümə edib. Onun tərcümə kitabları İranda oxucular tərəfindən rəğbətlə oxunulur.

***

Ürəyimdə anasını itirmiş bir uşaq çırpınır,
ürəyimdə yaşam “suya gedir”,
ürəyimdə…
Boş ver bunları, Tanrım,
sadəcə, bir soru -
Savaşın aşını qarışdıranları sənmi yaratdın?!

***

Özçəkim fotosu çəkdim özümdən,
yalqız dəyiləm,
dünya arxamdadır.

***

Birisi bəxt evinə gedir,
birisi bəxt evindən gedir,
birisi bəxtə bağlıdır evi,
birisi bağlı bəxtə.
Evindən gedir birisi...
Birisi...
Birisi...
Birisi getməlidir zatən.

***

Təpədən dırnağa qürbət qoxuyur bu şeir.
Gəl, qucaqla məni!
Həyat kəpənək ömrü kimi,
bir günəşlikdir sadəcə.

***
İşıqforun qırmızı işığında,
gül satan qızcığazın qaranlıq gələcəyinə
yaşıl işıq yandırdı şəhər.

***

Sevginin
o tayı, bu tayı olmaz
Vətən kimi...

***

Qayıtmaq -
qaytarır səsində qatar.
Mən isə, tüstüsü başında gəzən bir qocanın
baxışları kimi
həyata yağıram…

***

Məzar başında
ağlayan qadının qucağında
gülümsəyən uşaq

***

Güzgüdəki pəncərənin yalqızlığını kim qucaqlayacaq?
Düşündüm və qürbətdən sonra gələn adım kimi
həsrətə topladım saçlarımı.
Oturdum və tikə-parça yaşadığım özümü
tikiş tiktim oğlumun həyatına.
Gözlərimdə titrəyən qorxunun adını
“Qadın” qoydu Tanrı.
Ağladıqdan sonra gülümsədim,
Evi yığıştırıb
gözyaşlarımı açıqladım pencərələrə,
və bir ilbizin ayaqlarına yapışıp sürüklənən ömrümə
göyüzünü açıqladım.
Səssizliyində qanad qucaq açdı sanki
Durdum və getməməyə umud verdim yenə.


# 2138 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news