Tesla göyərçinlərlə eşq yaşayırdı? - Araşdırma

Nikola Tesla

Nikola Tesla

calendar 7 yanvar 2023
clock 20:00

Nikola Tesla müasir dəyişən cərəyan elektrik enerji şəbəkəsinin layihələndirilməsi işi ilə məşhurlaşan serb əsilli amerikalı mühəndis və fizik. Teslanın adına çoxlu patentlər var və o, dahi hesab olunur. Lakin bu dahinin bir çox insan tərəfindən qəribə hesab edilən ekssentrik tərəfləri də vardı.

Onun göyərçinlərə olan sevgisi də bu qəribəliklərdən biridir. Nyu-Yorkda yaşayarkən o, parkda göyərçinləri bəsləyərək saatlarla vaxt keçirir və yaralıları müalicə etmək üçün müntəzəm olaraq evinə aparırdı. O, tez-tez otel otağının pəncərələrini açıq saxlayırdı ki, göyərçinlər istədikləri vaxt ona baş çəkə bilsinlər. Nəticədə dəhşətli bir xaos yaranırdı. Hətta bir otel aşpazından göyərçin dostları üçün xüsusi toxum qarışığı hazırlamağı xahiş etmişdi. Teslanın tanışları onun göyərçinlərə olan həvəsini gördükdə təəccüblənmişdilər, çünki onun mikroblara qarşı fobiyası var idi.

Tesla heç vaxt evlənməmiş, lakin müntəzəm olaraq onu ziyarət edən bir ağ göyərçinlə eşq yaşadığını etiraf etmişdi.

“Mən o göyərçini kişinin qadını sevdiyi kimi sevdim, o da məni sevdi. Onunla eşq yaşayanda həyatımın bir mənası var idi”.

Teslanın subay həyat tərzi, ehtimal ki, münasibət qurmağın elmi araşdırmalarına mənfi təsir edəcəyinə olan inancından irəli gəlirdi. O, bir dəfə demişdi: “Evli kişilərin etdiyi ixtiralar elə də çox deyil”.

Tesla 1922-ci ildə sevgili olduğu ağ göyərçinin ölümünü belə xatırlayır: quş öz ölümünü xəbər vermək üçün Teslanın otağına gəlir. Onun gözləri həddindən artıq ağ işıq saçırmış və bu ağ işıq getdikcə sönürmüş. Teslanın dediyinə görə, bu parlaqlıq onun indiyə qədər elektriklə istehsal etdiyi hər şeydən daha parlaq imiş. Quşun ölümündən sonra ürəyinin parça-parça olduğunu qohumlarına deyən Tesla həmin vaxtdan həyatının mənasızlaşdığını anlayıb.

Göyərçinlər Teslanın qəribəliklərindən yalnız biri idi. Onun 3 rəqəmi ilə bağlılığı vardı və bu vəsvəsə gündəlik həyatına təsir edən bir sıra davranışları da gətirmişdi. Məsələn, 3 dəfə dalbadal əllərini yuyar və içəri girməzdən əvvəl binaların ətrafında 3 dövrə qaçardı. O, mirvariləri də xoşlamır və mirvari taxan qadınlarla danışmaqdan imtina edirdi.

Bu davranışların səbəbi sirr olaraq qalsa da, bəzilərinə görə sarışan hallar nevrozunun əlamətləridir.

Mənbə: Britannica

# 3589 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news