Ukrayna prezidenti kimdir? – Zelenski haqda 15 qeyri-adi fakt

Volodimir Zelenski, Ukraynanın prezidenti

Volodimir Zelenski, Ukraynanın prezidenti

calendar 2 mart 2022
clock 21:00

Kulis.az Ukraynanın prezidenti, aktyor, yumorist, ssenarist, rejissor Volodimir Zelenski haqda 15 maraqlı faktı təqdim edir.

- Gəncliyində ən çox sevdiyi şeylər pianino və gitarada ifa etmək olub.

- Eyni zamanda baletdə öz məharətini göstərib.

- Yunan-Roma güləşində sözünü deyib.

- Ağır atletikaya girişib, sonra düşünüb ki, boyu onsuz da balacadır, ağırlıq qaldırmağa görə daha da balacalaşa bilər, vaz keçib.

- Voleybol və basketbolla da məşğul olub.

Image result for зеленский

- Markalardan kolleksiya yığırmış.

- Məktəbin “KVN” qrupunda olub və ən maraqlı səhnəciklərdə yer alıb.

- 1997-ci ildə “KVN”-nin əsas liqasında çempion olub. Daha sonra özü “95 kvartal” adlı komanda yaradıb. Komandanın rəhbəri kimi çıxış edib. Bu komandada iki dəfə qalib olan Zelenski konfliktlərə görə “KVN” komandasından ayrılıb.

- Gimnaziyada teatr tamaşalarında oynayıb. Xüsusən, Çexovun, Dostoyevskinin əsərləri əsasında hazırlanmış tamaşalarda. Eyni zamanda məktəbin gitaristi hesab olunurmuş. Necə deyərlər, gənc xanımların sevimlisi...

- Hüquqşünas ixtisasında oxuyub, ancaq heç vaxt öz ixtisası üzrə işləməyib.

- Filip Kirkorovla “Factor A”, “X Factor” şoularının həmtəsisçisi olub. “Хочу V ВИА Гру” musiqili şousuna başçılıq edib.

- Onu aktyor kimi “Böyük şəhərdə sevgi” və “İşdə məhəbbət macərası. Bizim zaman” romantik komediyalarına görə tanıyırlar. Ancaq Zelenski 10-dan çox filmdə rol alıb.

Ukrayna Zelenski ilə güləcəkmi?

- Xanımı Yelena ilə küçədə rastlaşıb. Yelena “Əsas instinkt” filminə baxmağa gedirmiş. Bu zaman Zelenski xanımla necə tanış olmağın yollarını düşünmüş və qərara almışdı ki, ən yaxşısı o filmə baxmaqdır. Və 2003-cü ildə onlar evlənmişdi.

- Ər-arvad bərabər işləyirlər. Zelenski “Kvartal-95” studiyasında çalışırdı. Bu tək yumoristik şou deyildi, eyni zamanda film və seriallar istehsal edirdi. Məsələn, Zelenskinin ssenarisində “İşdə məhəbbət macərası” yenidən işlənmişdi.

- “Ulduzlarla rəqs” teleşousunda yumorist Zelenski rəqsinə görə birincilik qazandı.

# 12689 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news