"Üzümü bahalı qəzetlər arxasında gizlətmək vaxtıdı..." - Həmid Herisçinin yeni şeirləri

"Üzümü bahalı qəzetlər arxasında gizlətmək vaxtıdı..." - Həmid Herisçinin yeni şeirləri
calendar 22 yanvar 2024
clock 17:00

Kulis.az Həmid Herisçinin yeni şeirlərini təqdim edir.

Atamı anası tanımadı... məni isə oğlum bəlkə tanımaya həyatımın ən son qapısında.

Cib bıçağımı bəzəyən adını göstərsəm ona, nə bilim... bəlkə oxşar Hollivud ssenarisinin təsiri ilə ürəyi səksəndi. Titrədi bir an.

Bu da bəsimdi, vallah.

Qızdırmaölçən qoltuqdan necə sürüşdüsə, ürək də beləcənə sındı, parçalandı daş döşəmələr üzərində.

Üzümü bahalı qəzetlər arxasında gizlətmək vaxtıdı

Oturursan xaricdə.

Bahalı otellərin foyesində.

Üzünü, özünü bu qəzetlərə daha çox etibar edirsən.

Nəinki yaxınlarına.

Dostlarına.

Qara eynəyini azca sürüşdür aşağı belə anlarda.

Bəlkə kimsə köhnələrdən tanıdı səni.

***

Çantamı sənə tapşırıb getdim gedərgəlməzlərə.

Ən düzgün hərəkəti bütün səhvləri buraxan kəs edəcək.

Yəni mən.

İncimə.

"Amerikano" üslublu barlarda axtardığını tapmaq çətin olacaq səninçün.

Xüsusən, axtardığın əgər insandırsa.

Bu cür barlar itmək, itirmək istəyindən yaranıb.

Orda bəlkə həəə... bir gün tapacaqsan məni.

Uzun masa üzərindən sürüşdürəcəksən pivə dolu qədəhi, "tam irəli!" kreyser sürəti ilə, mənə sarı. Mənə doğru.

Vaxtında əlim çıxacaq qaranlığın bağrından. O qədəhi qamarlayacaq.

Yaracaq zülməti.

Mesajını tökəcək qup-quru boğazına.

# 2759 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news