Və Federikonu öldürdülər... - Antonio Maçadonun şeirləri

Və Federikonu öldürdülər... - Antonio Maçadonun şeirləri
calendar 9 aprel 2023
clock 15:00

Kulis.az Antonio Maçadonun Federiko Qarsiya Lorkanın ölümünə ithaf olunan şeirlərini təqdim edir.

I

Cinayət

Uzun bir küçəylə gedib

silahlı adamların əhatəsində,

dan sökülürdü yavaş-yavaş,

soyuq idi çöllərdə,

ulduzlar buz bağlamışdı.

Azacıq ağarmışdı göyüzü

və Federikonu öldürdülər.

Cəlladlar qorxaq

və etinasız idi.

"Tanrı köməyin olmasın!" -

dedilər və nəzərlərini yayındırdılar.

Cansız bədəni yerə sərildi Federikonun...

Qan alnından şoruldadı, bədəni soyudu.

Cinayət Qranadada törədildi...

onun Qranadasında!

Xəbərin var bundan, Qranada?

II

Şair ölüm

Uzun bir küçəylə gedib ölümlə yan-yana.

Soyuq idi, amma qorxmurdu soyuqdan.

Deyib: "Gün çıxır və gün işığıyla

oynayır qüllələr,

dəmirçixanada isə çəkic səsləri".

Ölüm ona qulaq asıb sevgili kimi.

O isə deyib ölümə: "Sənin əllərin

ritm tuturdu mənim romanseroma,

sənin orağın cingildəyirdi faciələrimdə.

Əbədi şöhrətləndirəcəyəm

kor gözlərinin baxışını,

cansız bədəninin yüngüllüyünü,

isti dodaqlarıma toxunan soyuq dodaqlarını...

Ey ölüm! Ey nəğmələrimin qaraçısı!

Külək dalğalandırır saçlarını.

Səninləyəm Qranadamın səması altında.

Bizim Qranadamızın. Mənim Qranadamın!"

III

Uzun bir küçəylə gedib...

Ey dirilər, yuxulardan və daşdan

heykəl qoyun ona

Alqambranın fəvvarələri arasında.

Və sular bu sözləri yazsın

qurumayan göz yaşlarıyla:

"Cinayət Qranadada törədildi...

onun Qranadasında!"

Tərcümə: Həmid Piriyev

# 1647 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news