Gəzi hadisələrinə görə KÜTLƏVİ İSTEFA

Gəzi hadisələrinə görə <span style="color:red;">KÜTLƏVİ İSTEFA
calendar 8 oktyabr 2014
clock 11:17

Dünən Antalyada keçirilən Altun Portağal Film Festivalının on jürisi istefa verib. Buna səbəb rejissor Reyan Tuvinin Gezi hadisələrindən bəhs edən “Yer üzü eşqin üzü olana kimi” sənədli filminin 51-ci Altun Portağal Festivalının Beynəlxalq müsabiqədən çıxarılmasıdır.

Festival rəhbərliyi filmin alt yazısında ingiliscəyə çevrilmiş söyüşün Türk Cinayət Qanununun 125 və 299-cu maddələrini kobud şəkildə pozan məzmun ifadə etdiyi üçün filmi festivaldan çıxarıb.

İstefa verən jüri üzvlərinin yaydığı açıqlamada deyilir: "Sənətin ifadə azadlığı qorunmayana qədər vəzifəmizdən çəkildiyimizi bəyan edirik”

İstefa edənlər arasında rejissorlar Belmin Söylemez, Belma Baş, Zeyən Dadak, Emre Akay, kinotənqdiçi Ayla Kanbur, Evrim Kaya və başqaları var.

Festival rəhbərliyi filmi yenidən müsabiqəyə salmağa məcbur olub.

Rejissor Reyan Tuvi Tvitter hesabındakı açıqlamasında filmin ingiliscə alt yazısında yer alan söyüşü çıxararaq mübahisələrə son verdiyini yazıb: “Yer üzü eşqin üzü olana kimi” 51-ci Antalya Altun Portağal Film Festivalı Beynəlxalq Sənədli filmlər müsabiqəsində yarışacaq. Bir həftəyə yaxındır ki, davam edən bu qalmaqal filmin ingliscə alt yazısındakı bir söyüşün tərcüməsini ləğv etməklə sona çatdı. Küçələrdə, divarlardan söyüşləri boyayaraq silən və “söyüşlə deyil, inadla dirən” deyən qadınları salamlayıram”.

Qeyd edək ki, festival oktyabrın 10-u başlayır.

# 2232 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news