Markes öldü!

Markes öldü!
calendar 18 aprel 2014
clock 09:00

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, Kolumbiya yazıçısı Qabriel Qarsiya Markes vəfat edib. Kulis.Az-ın xarici mətbuat orqanlarına istinadən verdiyi məlumatına görə 87 yaşlı yazıçı pnevmaniyadan müalicə alırdı. O, aprel ayının əvvəlində xəstəxanaya yerləşdirilmiş, qısa müddət sonra isə buraxılmışdı.

Qabriel Qarsiya Markes 1928-ci ildə Kolumbiyanın Arakataka şəhərində anadan olub. 18 yaşında Sipariki internatında oxuduğu dövrdə ilk dəfə yazmağa başlayıb. 1950-ci ildə hüquq fakültəsində təhsilini yarımçıq buraxıb özünü bütövlükdə ədəbiyyata və jurnalistikaya həsr etmək qərarı verib.

Beləliklə, ən böyük romanı olan, 16 il sonra "Yüz ilin tənhalığı" adlanacaq "Ev"i yazmağa başlayıb.

"Yüz ilin tənhalığı" XX əsrin ən nəhəng əsərlərindən biridir. Romanda Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhvi əks etdirilib.

"Gözlənilən bir qətlin qısa tarixçəsi", "Palkovnikə məktub yoxdur", "Patriarxın payızı", "Vəba dövründə məhəbbət" və başqa əsərlərin müəllifidir.

1982-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı alan yazıçı maqik realizm cərəyanın atalarından hesab olunur.

# 36125 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news