Gənc şair anıldı FOTOLENT

Gənc şair anıldı FOTOLENT
calendar 29 yanvar 2014
clock 13:12

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi “Yazalar ilə Görüş” layihəsi çərçivəsində mərhum gənc şair Zərdüşt Şəfizadənin həyat və yaradıcılığına həsr edilən tədbir keçirib.

Azərbaycan Yazıçılar Birliyinin üzvü Mirbəhram Əzimbəyli mərhum yazar Zərdüşt Şəfizadənin qısa ömür sürməsinə baxmayaraq, dolğun və örnək ola biləcək həyat yaşadığını diqqətə çatdırıb. O, gənc şairlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid mərhum şairin həyat eşqindən və ölümə qarşı necə məğrur olmasından geniş söz açıb.

Tədbirdə gənc şairin əmisi Xanlar Şəfizadə çıxış edərək, Zərdüşt Şəfizadəyə göstərdikləri diqqətə görə ailəsi adından tədbirin təşkilatçısı olan “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinə təşəkkür edib.

Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli Zərdüşt Şəfizadənin üstün əxlaqi keyfiyyətlərindən danışıb.

Tədbirdə ədəbi tənqidçi Seyfəddin Hüseynli, “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədr müavini Xanım Qasımova, gənc yazarlar Rəbiqə Nazimqızı, Günel Xəzəl, Seyid Ramin və digərləri çıxış edərək, Zərdüşt Şəfizadə ilə bağlı fikir və xatirələrini bölüşüblər.

Tədbirdə mərhum gənc yazar Zərdüşt Şəfizadə ilə bağlı hazırlanmış videoçarx da təqdim olunub.

# 1792 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news