Afrikaya göndərdiyiniz dərmanlara "yeməkdən sonra" yazmayın

Afrikaya göndərdiyiniz dərmanlara "yeməkdən sonra" yazmayın
calendar 24 fevral 2014
clock 08:45

Kulis.az məşhur amerikalı yazıçı Çarlz Bukovskinin aforizmlərini təqdim edir:

Afrikaya dərman göndərməyə qərar vermişdik; lakin hamısının üzərində “yeməkdən sonra” yazırdı.

Tunelə girəndə diqqətli olun, ümid sandığınız işıq qatarın farası da ola bilər.

Heç bir şey həqiqət qədər darıxdırıcı ola bilməz.

İki nəfər arasında seçim etmək məcburiyyətindəsinizsə, ikincini seçin. Çünki birincini həqiqətən sevsəydiniz, ikinci olmazdı.

Qadın doğulsaydım, fahişə olardım.

İnsan – keçmişin həsrətini çəkən, gələcəyin marağında olan, bu gününün şikayətini edəndir.

Eşq əmrə çevriləndə, nifrət həzzə çevrilə bilər.

Seks - mahnı oxuyarkən ölümün qıçına ayağını basmaqdır.

Arxandan vurana hirslənmə, ona güvənib arxanı dönən sənsən. Arxandan danışana da incimə, onu insan yerinə qoyan yenə sənsən.

Zaman unutdurmur, keyidir.

Möhtəşəm fikirlər və möhtəşəm qadınlar daimi olmur.

Qızlar çimərlik paltarlarında və parlaq saçları ilə uzaqdan yaxşı görünürlər. Ancaq yaxınlaşıb fikirlərini dinləyəndə silahlanıb yerin altında gizlənmək istəyirəm.

Demokratiya ilə diktatura arasında bir fərq var: demokratiyada səs verib, əmrlərinə itaət edəcəyin insanı seçirsən, diktaturada isə vaxtını səs verməyə sərf etmirsən.

Təbii ki bir insanı sevə bilərsiniz, əgər onu kifayət qədər tanımırsınızsa.

Yalnız qalmaqdan daha pis şeylər də var. Amma bunun fərqinə varmaq ömrümüzü sərf edirik. O vaxt da çox gec olur və çox gecdən daha pis bir şey yoxdur həyatda.

Siz dünyanı xilas edin, mən də necə xilas etdiyinizi yazım.

Sağ bir amerikalı əyyaş, mənə ölü bir yunan allahından daha maraqlıdır.

Pul seks kimidir; olmayanda dəyəri artır.

Yazıçı olmaq – məftunedici gözəlliyə malik bir qadınla sevişib, bunun müqabilində pul almaq kimi bir şeydir.

# 5131 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news