Hamı içir, səbəbini bilmədən...

Hamı içir, səbəbini bilmədən...
calendar 6 noyabr 2013
clock 08:30

Kulis.az məşhur yazıçı Çarlz Bukovskinin içki haqqında fikirlərini təqdim edir.

Özümə içki süzəndə niyə içdiyimin səbəbi barədə düşündüm. Pis bir hadisə baş veribsə unutmaq üçün, yaxşı bir hadisə baş veribsə qeyd etmək üçün içmək lazımdır. Yox əgər heç bir şey baş verməyibsə, dəyişiklik olsun deyə içərsiniz.

İçki içmək duyğusal bir işdir. Sizi gündəlik həyatın adiliyindən çıxarır, sizi bədəninizdən və zehninizdən uzaqlaşdırıb divara çırpır. İçki içməyin bir növ intihar olduğuna inanıram, lakin bu, elə bir intihar növüdür ki, səhər yenidən başlama şansımız olur. Özünü öldürüb yenidən doğulmaq kimi. Səhv etmirəmsə mən indiyə qədər 10, ya da 15 min həyat yaşamışam.

Pivəni tərgitməyin. Pivə damarda axan qandır. Pivə sonsuz sevgidir.

Əslində hamı içir, amma səbəbini bilmədən.

İçki aldığım mağazaları tez-tez dəyişirəm . Çünki gecə və gündüz çox miqdarda içki aldıqda mağaza satıcıları sizin simanızı unutmur. Bir müddət sonra onların mənim nə vaxt öləcəyim barədə düşünürlər və bu, məni narahat edir. Bəlkə də belə bir şey düşünmürlər, amma adam 300 gün içkili olsa, onda istər-istəməz qorxu yaranar.

Sərxoş olmaq gözəldir. Sərxoş olmağı hər zaman sevmişəm. Sərxoş olmaq sizi açıq və dəqiq olan hər şeydən uzaqlaşdırır, açıq və dəqiq ola bilmirsiniz.

Müalicə aldıqdan sonra belə içməyə təşəbbüs edirsiniz? İçməyə ən çox ehtiyac duyduğunuz zaman o zamandır.

İndi yeni siqaretlər yandırıb, daha çox içki tökürəm, gözəl bir mübarizə oldu - hələ də elədir.

# 2014 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news