“Twitter”in 4 sirri

“Twitter”in 4 sirri
calendar 5 dekabr 2013
clock 08:45

Dorsidən olsa “Twitter” (Twitter 2006-cı ilin mart ayında Cek Dorsi və Cüli tərəfindən yaradılıb-red.) ancaq “işdəyəm”, “yataqdayam” kimi məkan statuslarından ibarət olacaqdı. Yaxşı ki saytın qurucularından biri Noa Qlass ideyanı genişləndirərək “Twitter”i bir kommunikasiya şəbəkəsi kimi fikirləşərək “Twitter”i “Twitter” edən bütün funksiyaları hazırlayıb.

Zükerberq almaq istəyib

Cek Dorsi “Twitter”dən qovulanda şirkətin indiki rəhbərliyindən intiqam almaq üçün əzəli rəqib “Facebook”da işləməyə can atıb. Zükerberqin – “Facebook”un rəhbərinin isə məqsədi “Twitter”i almaq idi. Dorsinin “Twitter”dən qovulduğunu eşidəndə Zükerberq saytın zəifləyəcəyini düşünüb və almaq fikrindən daşınıb.

Adı az qala “Vibrate” olacaqdı

Qlass telefonunu həmişə səssizdə və titrəşimdə qoyduğuna görə ağlına ilk “Vibrate” adı gəlib. Digər güclü namizəd isə “Friendstalker” olub. Ancaq hər iki sözdəki zarafatyanalıq onları yeni bir ad axtarmağa sövq edib.

Al Qor şirkət rəhbərlərini içki ilə aldatmaq istəyib

“Twitter”i almağa çalışanlar arasında təkcə Zükerberq yox idi. Aktyor Eşton Ketçer və musiqiçi Paf Deddi də uzun müddət əllərində milyon dollarlıq çeklə şirkət rəhbərlərinin arxasınca qaçıblar. Şirkəti almağa başqa bir real namizəd isə Al Qor olub. Siyasətçi, biznesmen, Nobel Sülh Mükafatı laureatı Al Qor son çarə kimi şirkət qurucuları Ev Uilyams və Biz Stounu hər gecə klub-klub gəzdirib, litrlərlə içki içirtdi, amma nəticə dəyişmədi.

Qlass: Bunu mən başlatmışam

“Twitter”in yaranmasında Cek Dorsidən bəlkə də daha çox əməyi olan Noa Qlass 1 sentyabrdan bəri “Twitter”də aktiv deyil. Son tvitində: “Twitter komandasına uğur və dürüstlük arzu edirəm” yazıb. Özü haqqında məlumatlar qismində yazdığı “Bunu mən başlatmışam” sözləri isə şirkət rəhbərliyindən incik olduğuna işarə edir.

# 2542 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news