“Gecə qadınlarla...”

“Gecə qadınlarla...”
calendar 22 yanvar 2014
clock 08:45

Bu gün ingilis şairi Corc Qordon Bayronun doğum günüdür. Kulis.az onun sitatlarını təqdim edir:

Dövləti qurmaq üçün min il, dağıtmaq üçün bir saat yetər.

Gecə qadınlarla ulduzları gözəl göstərər.

Tanrı sevdiklərinə erkən ölüm verir.

Kədər ağıllı adamların müəllimidir.

Bir damcı mürəkkəb bir milyon insanı düşündürə bilər.

İşi çox olanların göz yaşı axıtmağa vaxtları olmaz.

İnsanları sevirəm, amma təbiəti daha çox sevirəm.

Biz insanları şəxsi dəyərlərinə görə deyil, bizdə tapdıqları dəyərlərə görə sevirik.

Yüngül ağrılar danışa bilər, amma dərin ağrılar dilsizdir.

Yoxsulluq – həqiqətə gedən ilk yoldur.

İnsan gülüşü ilə göz yaşı arasında gedib gələn rəqqasdır.

Dost qazanmaq istəyən adam dostluğu paylaşmağı da bilməlidir.

Dostluq qanadsız sevgidir.

Vicdan əzabı insanın içində cəhənnəmdir.

Bütün faciələr ölümlə bitir, bütün komediyalar evliliklə.

Yalan nədir? – Maskalanmış həqiqət.

Tənhalıqda insan özünü daha az tənha hiss edir.

Göz yaşı axıtmaq qan tökməkdən daha çox hünər istəyir.

Hər şeyi öz adı ilə çağırmağa başlasaq, Sezar da öz şöhrətindən utanar.

Qadınların ürəyinə gedən yolda mərhəmət ən qısasıdır.

Sıxıntı (ennuie) — fransız sözüdür, amma ingilislərin təbiətinə daha çox uyğun gəlir.

İnsanın yarısı Allahdır, yarısı toz.

# 4544 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news