Məşhur yunan musiqiçisi Demis Russos vəfat edib.
Kulis.Azın məlumatlna görə bunu “Le Figaro”ya müğənninin qızı bildirib. Russosun 69 yaşı vardı.
Demis Russos ötən əsrin 70-ci illərində solo karyerası ilə məşhurlaşıb. Buna qədər o, “Aphrodite's Child” qrupunun üzvü idi. Russosun məşhur mahnıları arasında Souvenirs, Goodbye My Love, Forever and Ever və başqaları yer alır.
- Ancelina Coli "Mariya" filminə görə Oskar qazana bilərmi?
- Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?
- APA Jurnalist Məktəbi yaradıldı
Əsl adı Artemios Ventouris Roussos olan müğənni 1946-cı ildə Misirin İsgəndəriyyə şəhərində yunan ailəsində anadan olub. 1950-ci illərin ortalarında ailə Yunanıstana köçüb. D. Russos solo yaradıcılığa 1971-ci ildə başlayıb və həmin il “On The Greek Side Of My Mind” adlı ilk albomunu buraxıb. 1975-ci ildə onun 3 plastik valı 10 ən yaxşı albomun siyahısında yer tutub. Sənətçi yaradıcılığı boyunca 29 albom buraxıb.