Alman kilsəsində konsert

Alman kilsəsində konsert
calendar 13 may 2014
clock 16:29

Mayın 15-də, saat 19.00-da Azərbaycan Dövlət Kamera və Orqan Musiqi Zalında, (Kirxa 28 May küçəsi, 17) Dövlət Musiqili Teatrının solisti, əməkdar artist Nərgiz Kərimovanın solo konserti olacaq. Konsertə giriş pulsuzdur.

Azərbaycan Dövlət Fortepiano triosu – əməkdar artistlər Nərgiz Əliyarova (piano), Töfhə Babayevanın (violin) müşayətilə keçiriləcək konsert proqramında Azərbaycan, rus bə qərbi Avropa bəstəkarlarının əsərləri səslənəcək.

Məlumat üçün deyək ki, Nərgiz Kərimova, 1977-88-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfində oxuyub.

1988-1992-ci illərdə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal sinfini qırmızı diplomla bitirib.

1988-ci ildə Bəstəkarlar İttifaqı adından keçirilən Musiqi Festivalının, 1989-cu ildə Bakıda keçirilən «Qızıl payız - 89» respublika müsaqibəsinin, 1990-cu ildə isə Moskvada keçirilən «Yeni adlar» III Ümumittifaq müsabiqəsinin laureatı olub.

1991-ci ildə Almata şəhərində keçirilən M.Qlinki adına XIV Beynəlxalq vokalçılar müsabiqəsində ikinci turda uğurlu çıxışına görə fəxri fərmanla təltif edilib.

1994-cü ildən Azərbaycan Dövlət Teleradio şirkətinin solistidir. Moskva, Sankt-Peterburq, Londonda, eləcə də Bakının bir çox nüfuzlu konsert salonlarında, dövlət tədbirlərində çıxış edib.

2002-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrının aktyorudur.

Teatrda işlədiyi müddət ərzində Mələk (S.Fərəcov, R.N.Güntəkin «Bir günlük siğə»), Nərgiz (R.Hacıyev «Talelər qovuşanda»), Mülayim (R.Mustafayev, A.Qüdrət «Volqalı canan»), Süsən (V.Adıgözəlov, Anar «Aldın payını, çağır dayını»), Gülnaz (Ü.Hacıbəyov «O olmasın, bu olsun»), Gülçöhrə “Arşın mal alan”) Səbinə (R.Mirişli, M.Haqverdiyev «Qısqanc ürəklər»), Bildirçin (S.Ələsgərov, Ş.Qurbanov “Milyonçunun dilənçi oğlu”), Yulişka (İ.Kalman “İdialı qaraçı”), Keto (V.Dolidze, A.Saqarelli “Xanuma”) rollarını oynayıb.

2003-cü ildə teatr sənəti sahəsində qazandığı uğurlarına görə «İlin ən yaxşı gənc aktrisası» nominasiyası üzrə fəxri fərmanla təltif edilib. Vokalçı, həmçinin 2012-ci ildə Qazaxıstanın Karaqanda şəhərində keçirilən “Docstar” I Beynəlxalq açıq müsabiqəsində birinci yeri tutub.

2012-ci ildə respublikanın əməkdar artisti fəxri adına layiq görülüb, Prezident mükafatçısıdır.

# 1621 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news