"Sözün düzü, Sözün duzu"

"Sözün düzü, Sözün duzu"
calendar 6 iyun 2014
clock 13:30

CommunAction`14 adı, “Sözün Düzü, Sözün Duzu” devizi altında keçiriləcək tədbir Azərbaycanda bir ilkdir.

Çünki o, ölkəmizdə nə universiteti, nə kursu, nə də hər hansı təlimi olmayan, lakin real həyatda az qala hər gün nöqsanlarının acısını çəkdiyimiz bir sahəyə – kopiraytinqə həsr olunub.

Bu kreativ kommunikasiya tədbiri Yello Advertising-in təşəbbüsü və təşkilatçılığı, Facemark və Target Magazine-nin dəstəyi ilə baş tutacaq.

Tədbirin əsas cəhətlərindən biri də, Azərbaycan və Türkiyə təcrübələrinin hər iki ölkənin ən ustad kopirayterlərinin birbaşa özləri tərəfindən dəyərləndirilməsidir.

Azərbaycanın ilk kopirayteri və kreativ direktoru olan Teymur Məmmədov özünün Türkiyəli həmkarı, 40 ilin ustad sənətkarı Haluk Mesci ilə birlikdə hamı üçün faydalı şeylərdən danışacaq.

14 iyun 2014-cü ildə keçirilməsi nəzərdə tutulan, əsas məqsədi ölkədə marketinq və reklam adına nələrisə etmək olan CommunAction`14 bunları hədəfləyir:

- Sahənin əhəmiyyətini vurğulamaq;

- Ölkə kopirayterləri üçün yeni olacaq nələrisə demək;

- Bu sahəyə marağı artırmaq;

- Əsl kopirayterin necə olmalı olduğunu göstərmək;

- Yeni istedadlar aşkar etmək.

Ətraflı məlumat və qeydiyyat üçün:

Telefon: (+994 12) 597 30 37, (+994 70) 239 35 56

E-mail: [email protected]

Daha ətraflı məlumat üçün bu keçiddən faydalana bilərsiniz:

https://www.facebook.com/events/853308501349355/

# 2056 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news