“Azdrama”da yeni mövsüm

“Azdrama”da yeni mövsüm
calendar 18 sentyabr 2014
clock 18:05

Akademik Milli Dram Teatrında 142-ci teatr mövsümünün açılışı ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, mətbuat konfransında teatrın ötən mövsüm ərzindəki fəaliyyəti - planlaşdırılan yeni tamaşalar, beynəlxalq festivallar, qastrol səfərləri, yubiley tədbirləri haqqında məlumat verilib, jurnalistlərin sualları cavablandırılıb.

Teatrın direktoru İsrafil İsrafilov bildirib ki, mövsüm ərzində on tamaşadan doqquzu teatrın daxili imkanları hesabına səhnəyə qoyulub: “Bu ilin ilk premyerası xalq şairi Vaqif Səmədoğlunun “Generalın son əmri” tamaşası ilə olacaq. Tamaşanın quruluşçu rejissoru xalq artisti Ramiz Həsənoğludur. Ötən mövsümdə iki mono tamaşa da təhvil vermişik və deyə bilərəm ki, tamaşalar maraqla qarşılanıb”.

İ.İsrafilov əlavə edib ki, teatr yeni mövsümdə ilk qastrol səfərini Gürcüstana edəcək: “Oktyabrda gürcü tamaşaçılarının qarşısına çıxacağıq. Bundan başqa, Albaniyaya qastrol səfərinə dəvət almışıq. Yeni mövsümdə bir neçə yeni tamaşaların təhvil verilməsi nəzərdə tutulub”.

Direktoru əlavə edib ki, 2015-ci ildə Xəzəryanı ölkələrin teatr festivalını keçirmək niyyətindədirlər: “Əlbəttə, teatrın daxili imkanları hesabına bunu etmək çətindir, amma çalışacağıq ki, bu maraqlı layihəni başa gətirə bilək. Çünki bizim rejissorlardan bir neçəsi, məsələn, Mikayıl Mikayılov Tümendə, Mehriban Ələkbərzadə Kiprdə tamaşalar hazırlayıb. İstəyirik rejissorlarımızın xarici əlaqələri daha da genişlənsin. Ona görə də beynəlxalq layihələrin əhəmiyyəti bizim üçün çox vacibdir”.

Mətbuat konfransında İ. İsrafilov yeni mövsümdə tamaşaya qoyulması nəzərdə tutulan səhnə əsərlərindən də danışıb. O, qeyd edib ki, yeni mövsümdə İlyas Əfəndiyevin “Mənim günahım”, Yunus Oğuzun “Nadir şah”, Afaq Məsudun “Kərbəla” və s. tamaşaları təqdim ediləcək.

Mətbuat konfransından sonra Akademik Milli Dram Teatrı İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda hazırlanan “Qarabağnamə” tamaşası ilə 142-ci mövsümünü açıb.

# 1884 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news