Arif Quliyev: “Rədd ol!”

Arif Quliyev: “Rədd ol!”
calendar 19 dekabr 2014
clock 08:45

Bu sualları yazıçı Marsel Prust hazırlayıb. O, bu sualları cavabları ilə bir yerdə dəftərə yazaraq dostuna doğum günü hədiyyəsi kimi vermişdi. O zaman Marselin cəmi 13 yaşı vardı. Sonra bu suallara Prust 20 yaşında ikən bir daha cavab yazdı. 7 ildə cavablar çox az dəyişmişdi. Lakin suallar Prustun ölümündən sonra tapıldı və çap edildi. Sualların indiki şəklə salınmasına Bernard Pivot ve Ceyms Lipton yardım edib.

Kulis.az Prustun suallarını xalq artisti Arif Quliyevə ünvanlayıb.

1. Ən sevdiyiniz söz hansıdır?

- Sevgi.

2. Nifrət etdiyiniz söz hansıdır?

- Rədd ol!

3. Sizi nə həyəcanlandıra bilər?

- İstəmədiyim bir hadisə.

4. Həyəcanınızı nə öldürə bilər?

- Özümü toxtaqlığım.

5. Hansı səsi çox sevirsiniz?

- Musiqi səsini.

6. Hansı səsə nifrət edirsiniz?

- Kobud səsə.

7. Hansı peşə (sənət) ilə məşğul olmaq istərdiniz?

- Öz peşəmlə.

8. Hansı fitri istedada sahib olmaq istərdiniz?

- Heç nəyə.

9. Özünüz olmasaydınız, kim olmaq istərdiniz?

- Elə özüm olmaq istərdim.

10. Harda yaşamaq istərdiniz?

- Öz evimdə.

11. Ən başlıca çatışmazlığınız nədir?

- İnsanlara inanmağım.

12. Sizin ən çox bəyəndiyiniz pis cəhətiniz hansıdır?

- Həddindən artıq çox sadəyəm.

13. Qəhrəmanınız kimdir?

- Həsən Turabov.

14. Çox istifadə etdiyiniz söyüş hansıdır?

- Mən ümumiyyətlə söyüş söymürəm.

15. Hazırkı əhvalınız (ovqatınız) necədir?

- Əla. Çox gözəl.

16. Həyat fəlsəfənizi hansı şüar ifadə edir?

- Dünyanı başa düşmək.

17. Xoşbəxtlik yuxunuz (xəyalınız) hansıdır?

- İnsanlara sevinc bəxş etmək.

18. Sizcə bədbəxtliyin tərifi nədir?

- İşini bilməyən öz dəyərini bilməz.

19. Necə ölmək istəyərdiniz?

- Dəyərli.

20. Ölərkən cənnətə getsəniz, Allahın qapıda sizə nə deməsini istərdiz?

- Xoş gəlmisən.

# 1798 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news