“Qanun”dan 3 yeni kitab

“Qanun”dan 3 yeni kitab
calendar 27 may 2014
clock 16:03

“Qanun” Nəşriyyatı üç yeni kitab nəşr edib. Bunlar Covanni Bokkaççonun “Dekameron”, Elif Şafakın “Qara süd” və Ahmet Ümitin “İstanbul xatirəsi” kitablarıdır. .

“Dekameron” əsərini Covanni Bokkaçço 1352-1354-cü illər arasında yazmışdır. Bu əsər İtaliyada bədii nəsrin əsasını qoymuşdur. O zamankı italyan həyatını geniş təsvir edən, dinə, mövhumata və tərki-dünya ideyalarını təbliğ edən kilsəyə öldürücü zərbə endirən “Dekameron” İntibah realizminin parlaq ifadəsini verən sənət abidələrindən biridir. Kitabın tərcüməçisi Beydulla Musayevdir.

Elif Şafakın ilk avtobioqrafik əsəri olan “Qara süd” romanı analıq və yazıçılıq probleminin anatomiyasını heyrətamiz dəqiqliklə açır. Tərcüməçi Nəriman Əbdülrəhmanlıdır.

Ahmet Ümitin “İstanbul xatirəsi”ndə nədən bəhs olunur? Bizantiondan İstanbula uzanan həyəcanla dolu sərgüzəşt... Sarayburnunda, Atatürk heykəlinin dibində meyit... meyitin ovcunda antik pul... Amma nə bu meyit son qurban, nə də həmin antik pul son sikkədi... Yeddi qurban, yeddi hökmdar, yeddi sikkə, yeddi qədim yer... Bir də yeganə bir həqiqət – şəhərin sirli tarixi. Tərcüməçisi Nəriman Əbdülrəhmanlıdır.

# 1863 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news