Hamıya gərək olan kitab

Hamıya gərək olan kitab
calendar 10 iyul 2014
clock 13:57

Araz Gündüz – bu ad artıq Azərbaycan oxucusuna yaxşı tanışdır. Çoxlu sayda tərcümə əsərinin müəllifi olan Araz bəy Rusiyada yaşayır. Bu, əslində zorən mühacirətdir, bir çox soydaşlarımız kimi o da dolanışıq dalınca qürbətə getməyə məcbur olub. Amma Araz bəy fərqli yol tutub. Orada təkcə çörək qazanmır...

...20-ci əsrin əvvəllərində, həm də Sovet dönəminin ilk çağlarında bir tacirimiz olub – Salman Mümtaz adında. Bu kişi ticarətdən qazandıqları hesabına, gəzdiyi türk torpaqlarında folklorumuzu söz-söz yığıb-yığışdırıb, kitab halına salıb, öz hesabına çap etdirib. Nə yazıqlar ki, Sovet hökuməti bir çox aydınlarımız kimi onu da 37-də gedər-gəlməzə göndərib.

Torpağı sanı yaşasın, Araz Gündüz də dünyanın bir çox mütəfəkkirlərinin əsərlərini dilimizə çevirir, həm yaradıcı qrupunun üzvü olduğu “YAZI” dərgisində, həm müxtəlif saytlarda, həm də ayrıca kitab şəklində çap etdirir.

Araz bəy həm də fərqli bir dildə yazır və qonuşur. O, sübut edir ki, bircə alınma söz işlətmədən belə, Azərbaycan türkcəsində yazmaq və danışaq olar. Araz bəyin yazı tərzi və yazdığı yazı dili ortaq türkcəyə çox yaxındır.

Araz Gündüzün bu günlərdə “Qanun” nəşriyyatında işıq üzü görən vəzncə yüngül, mənaca ağır kitabı – “Türk dilində kimlik bildirən sözlər”, zənnimcə, hər bir insanımıza gərəklidir. Bu toplu unudulan, yaxud bizdə unudulsa da, digər türkdilli xalqlarda (əsasən Anadolu türklərində) işlənən kimlik bildirən ad və təyinlər barədədir. Bunların bəzisi kimlik bildirən adlardır ki, onlardan bir-iki nümunə gətirmək istərdim: Aytel, Abay, Akay, Akın, Alpay, Alpər, Alsu, Ayla, Bamsı, Bulud, Damla, Dilək, Ərgün, Qanturalı, Gəncalp, Sayman, Sulduz və sairə. Düşünürəm ki, uşaqlarına ad qoyan ailələr bu tipli gözəl adlarımızın yaşamasına cəhd etməlidirlər. Gənc yazıçılarımız bu tip adlardan bəhrələnməklə, onların dilimizə uyğunlaşmasına cəhd ediblər. Qalır bunları kütləviləşdirmək.

Bu kitab bir təcrübədir. Düşünürük ki, bir təcrübə kimi qələmə alınan bu vəsait oxucuların və elmi ictimaiyyətin marağına səbəb olacaq.

# 2166 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news