Adil Mirseyid vəfat etdi

Adil Mirseyid vəfat etdi
calendar 17 iyul 2014
clock 08:58

Tanınmış şair Adil Mirseyid dünyasını dəyişdi. Bu barədə AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza öz facebook səhifəsində məlumat verib.

O yazıb: “Durna olmaq istəyirdi bu bahar... Arzusuna çatdı... Dəyərli rəssamı, dəyərli şairi itirdik... Qoruya bilmədik... Adil Mirseyid getdi! ALLAH rəhmət eləsin!”

Kulis.Azın məlumatına görə şair bu gün səhər, saat 7 radələrində rəhmətə gedib. O, bu gün doğulduğu Ağdaş rayonunda torpağa tapşırılacaq.

Məlumat üçün qeyd edək ki, A.Mirseyid uzun müddət idi qaraciyər serrozundan əziyyət çəkirdi.

Adil Mirseyid 1952-ci il dekabrın 21-də Ağdaş şəhərində ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb (1970-1976). Bir müddət təyinatla göndərildiyi Dağıstan Respublikasında işləyib (1975-1978). Sonra Bakıda müxtəlif vəzifələrdə çalışıb (1978-1983). Ağdaş rayonu Füzuli adına Mədəniyyət Evinin Xalq Teatrında rəssam (1983-1987), Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində rəssam (1990-1992), Azərbaycan Tərcümə Mərkəzinin "Yol" ədəbiyyat qəzetində iki il redaktor vəzifələrində çalışıb (1992-1993).

Allah rəhmət eləsin.

# 2966 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news