Dovlatov üçün yer yoxdur!

Dovlatov üçün yer yoxdur!
calendar 30 iyul 2014
clock 08:15

İki ildən sonra məşhur rus yazıçısı Sergey Dovlatovun 75 illiyidir. Yubiley ərəfəsində xatirəsini əbədiləşdirmək üçün Pskov vilayətinin Beryozino kəndində, yazıçı Puşkin qoruğunda işləyərkən qaldığı evdə ev-muzey açılıb (məşhur əsərlərindən biri – “Puşkin qoruğu” romanı həmin dövrdən bəhs edir), Nyu-York küçələrindən birinə isə yazıçının adı verilib. Stanislav Qovoruxin onun əsərləri əsasında film çəkir, Peterburqda isə Dovlatova heykəl qoymaq fikrinə düşüblər.

Kulis.Az rus saytlarına istinadən bildiri ki, bu ideyanın müəllifi və maliyyələşdirəni Dmitri Nikitin adlı iş adamıdır. Səbəb ədəbiyyata və S.Dovlatova olan sevgidir. Heykəlin müəllifi isə Vyaçeslav Buxayevdir. Heykəl müəllifləri Dovlatovu çox sadə tərzdə - qapının kandarında dayanmış, köynəyinin üst düymələri açıq halda yaradıblar. Heykəl olduqca qeyri-rəsmi alınıb. Heykəltəraşın sözlərinə görə, işə başlamazdan öncə heykəlin Dovlatova tam bənzəməsi üçün yazıçının yaxınları və tanışları ilə də görüşüb onlardan məsləhətlər alıblar.

Amma ishin yekunlaşmasına az qalmış əsas problem ortaya çıxıb. Heykələ yer yoxdur. Müəlliflərin istəyinə görə, heykəl Dovlatovun bir zamanlar yaşadığı, ya da haqqında yazdığı küçələrdə, istənilən halda, yalnız mərkəzdə qoyulmalıdır. Lakin əngəl bununla bitmir, Peterburqun baş rəssamı Aleksandr Petrovun sözlərinə görə, qanunla heykəli qoyulacaq şəxsin ölümündən 30 il keçməmiş bunu etmək olmaz. Dovlatov isə 1990-cı ildə vəfat edib. İstisna hal kimi yalnız şəhər qubernatorunun şəxsi sərəncamı ola bilər.


Hazırda heykəlin ideya müəllifi və heykəltəraş həm heykəl üçün yer tapmaq, həm də qoyulması üçün icazə almaqdan ötrü əllərindən gələni edirlər.

Görəsən, sağlığında vətənində öz yerini tapmayıb Amerikaya köçən Dovlatovun heykəli Rusiyada özünə yer tapacaqmı?

Svetlana

# 2375 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
Norma
Norma
menu pen all_news