Məşhur aktyor intihar etdi

Məşhur aktyor intihar etdi
calendar 12 avqust 2014
clock 09:29

Məşhur Amerika aktyoru, Oskar mükafatçısı Robin Uilyams intihar edib.

Kulis.azın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, onun meyiti bazar ertəsi Şimali Kaliforniyadakı evində tapılıb.

Uilyamsın 63 yaşı vardı.

Polislərin fikrincə, aktyor boğulma nəticəsində ölüb.

Amma aktyorun ölümünün dəqiq səbəbləri hələ mütəxəssislər tərəfindən müəyyənləşdiriləcək.

Uilyams narkotik və alkol asılılığından əziyyət çəkirdi. Hətta iyulda reabilitasiya mərkəzində müalicə alıb.

Aktyorun mətbuat katibinin dediyinə görə, o, son vaxtlar ağır depressiyadan əziyyət çəkirdi.

Uilymasın həyat yoldaşı Syüzan Şnayder deyib: "Bu gün səhər mən ərimi və ən yaxşı dostumu itirdim, dünya isə sevimli aktyorlarından və gözəl insanlardan birini. Mənim qəlbim parça-parçadır”...

Amerika prezidenti Barak Obama da başsağlığı verib: “O bizim həyatımıza yadplanetli kimi daxil olmuşdu. Və insan qəlbinin hər siminə toxuna bilmişdi”.

Uilyams “Muzeydə gecə”, “Sabahın xeyir Vytenam”, ”Ölü şairlər cəmiyyəti” və başqa filmlərdə oynayıb. 1997-ci ildə isə Qas Van Setin “Ağıllı Uill Hantinq” filmində ikinci planda oynadığı rola görə Oskar alıb.

Aktyor gələn il “Missis Dautfayr” filminə çəkilməliydi.

# 1927 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

09:37 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
menu pen all_news